Natiq Əliyev Enerji Xartiyasının baş katibi ilə görüşüb
Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumunda iştirak məqsədilə Bakıda səfərdə olan Enerji Xartiyasının baş katibi Urban Rusnak Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevlə görüşüb.
17 Oktyabr 2016 17:45 SosialDayanıqlı inkişaf üçün enerji" VII Beynəlxalq Forumunda iştirak məqsədilə Bakıda səfərdə olan Enerji Xartiyasının baş katibi Urban Rusnak Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevlə görüşüb. "OLAYLAR"-ın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanla təşkilat arasında əməkdaşlıq məsələləri və Beynəlxalq Enerji Xartiyası ilə əlaqədar proseslərdə əldə edilmiş nailiyyətlər və son dəyişikliklər ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, 2012-ci ildən Beynəlxalq Enerji Xartiyasının hazırlanması prosesinə start verilib və yekun sənəd 2015-ci il may ayında Haaqa konfransında 75-dən çox iştirakçı dövlət tərəfindən imzalanıb. Yenilənmiş siyasi Bəyannamədə enerji təhlükəsizliyi daha geniş mənada - enerji istehsalçısı, istehlakçısı, tranzit və enerji resurslarına məhdud çıxışı olan ölkələrin təhlükəsizliyi aspektində təsbit olunub. Baş katib Urban Rusnak bu sənədin Enerji Xartiyasının Müqaviləsində nəzərdə tutulan hüquqi normaların dəyişdirilməsi və ya genişləndirilməsi üçün əsas olacağını diqqətə çatdırıb. Natiq Əliyev dünyanın aparıcı şirkətləri ilə imzalanmış və Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasında mühüm rol oynamış "Hasilatın Pay Bölgüsü" və digər ikitərəfli sazişlərin ərsəyə gəlməsi tarixçəsindən danışaraq, həm bu sazişlərin, həm də tranzit ərazisinə malik ölkə kimi imzalanmış digər çoxsaylı sənədlərin mühüm hüquqi baza yaratdığnı qeyd edib. Urban Rusnak onu da əlavə edib ki, qısa müddətdə enerji ixracatçısına çevrilməsi və qlobal enerji təhlükəsizliyi sahəsində qazandığı statusu ilə Azərbaycan Beynəlxalq Enerji Xartiyası tərəfindən digər ölkələr üçün örnək kimi qəbul edilir. O, 25-26 noyabr tarixində Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək Enerji Xartiyasının 27-ci konfransında Azərbaycanın da iştirakının zəruri olduğunu diqqətə çatdırıb.