Türkiyədə daha bir Azərbaycan təşkilatı yaranıb
Türkiyədə Antalya-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi yaranıb. Bu barədə “OLAYLAR”-a məlumatı dərnəyin sədri Aynur Məmmədova verib. Bildirib ki, dərnəyin əsas məqsədi iki qardaş ölkə arasındakı dostluq,mədəniyyət, təhsil və birlik mövzularında fəaliyyətləri uğurla davam etdirməkdir: ““Düşünürəm ki, bu amillər iki qardaş ölkə arasında körpülərin daha da güclənməsinə təsir edəcək. Biz bu niyyətlə yola çıxmışıq. Dostlarımızla qarşıda planlarımız çoxdur.
17 Oktyabr 2016 17:38 SosialTürkiyədə Antalya-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi yaranıb. Bu barədə "OLAYLAR"-a məlumatı dərnəyin sədri Aynur Məmmədova verib. Bildirib ki, dərnəyin əsas məqsədi iki qardaş ölkə arasındakı dostluq,mədəniyyət, təhsil və birlik mövzularında fəaliyyətləri uğurla davam etdirməkdir: ""Düşünürəm ki, bu amillər iki qardaş ölkə arasında körpülərin daha da güclənməsinə təsir edəcək. Biz bu niyyətlə yola çıxmışıq. Dostlarımızla qarşıda planlarımız çoxdur. Sevindirici hal odur ki, dərnəyin yaranması Antalya ictimaiyyəti, rəsmi dairələri tərəfindən maraqla qarşılanıb. Xüsusilə, yerli Türk mediası dərnəyimizə diqqət ayırıb. Bundan sonra da qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyətlərimiz davam etdiriləcək" Qeyd edək ki, dərnəyin sədr müavini Köksal Selçik, baş katibi isə Ruziyə Əhmədli seçilib.