Gündəm

15 inək oğurlayan şəxs yaxalanıb

17 Oktyabr 2016 17:23

Tovuz rayonunda oğurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə,Tovuz RPŞ və Rayon Mühafizə Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 3-də və 14-də rayon sakinləri Aqil Ələkbərova, Araz Musayevə, İlham Əlisgəndərova, Natiq Eminova və Pərviz Əliyevə məxsus ümumulikdə 15 baş inəyi oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini Nurlan Misirov tutulub.

Qəza törədib qaçan sürücü saxlanıb

17 Oktyabr 2016 17:22

Oktyabrın 15-də Türkiyə vətəndaşı Şevket Şahinin idarə edtiyi “BMW” markalı avtomobili vuran şəxs hadisə yerindən qaçıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerini tərk etmiş “Niva” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Nadir Hüseynov saxlanılıb.

Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni ixtisas artırma proqramları

17 Oktyabr 2016 17:21

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası idman təhsili sahəsində yeniliklərə imza ataraq, İdman sahəsində çalışan mütəxəssislər və bu aləmə addım atmaq istəyənlər üçün  peşəkar təlim və inkişaf  proqramlarına start verib. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, yeni ixtisas proqramlarının təqdimatına həsr olunmuş tədbirdə idman federasiyalarının rəsmiləri,  idman ictimaiyyətinin tanınmış nümayəndələri, xarici idman mütəxəssisləri və akademiyanın müəllim və professor heyəti iştirak edib.

Binəqədidə polis idarəsini su basdı

17 Oktyabr 2016 17:20

Gecədən başlayan yağış paytaxtda bir sıra ciddi problemlərə yol açıb.  “OLAYLAR”-ın xəbərinə görə, saatlarla davam edən yağış daha çox Binəqədi rayonunda ciddi fəsadlara yol açıb. Adıçəkilən rayon ərazisinin əksər hissəsində kanalizasiya xətlərinin olmaması rayonun onlarla küçə və prospektlərində sel sularının meydana gəlməsinə səbəb olub. Məlumata görə,  Dövlət Yol Polisi İdarəsinin Binəqədi Rayon Şöbəsini də sel suları basıb. Məmməd Əmin Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 9 ünvanda yerləşən idarədə sel suları səbəbindən iş rejimi pozulub və qurumun fəaliyyət mümkünsüz olub.

Qanun pozuntularına yol verən hakimlər cəzalandırılıb

17 Oktyabr 2016 17:18

Vətəndaşların narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiyinə görə 1 hakim barədə intizam icraatı başlanılıb.

Bakının ən böyük prospektlərindən biri nəqliyyatın hərəkəti üçün bağlanıb

17 Oktyabr 2016 17:17

Bakının ən böyük prospektlərindən biri nəqliyyatın hərəkəti üçün bağlanıb.

"Türk Hava Yolları" İraqa reysləri dayandırdı

17 Oktyabr 2016 17:15

"Türk Hava Yolları" aviaşirkəti Bağdad və Ərbilə reysləri dayandırıb. Trend bildirir ki, buna səbəb Mosulun İŞİD-dən azad edilməsi üçün hərbi əməliyyatın aparılmasıdır.

Plüralizm meydanından sonuncu qacış

17 Oktyabr 2016 17:14

Bir müddət əvvəl "Azadlıq" qəzetinin, "Azadlıq" və "Amerikanın səsi" radiolarının veb və sosial şəbəkələrdəki səhifələrində "şərh" bölmələrinin bağlanması haqqında mediada müvafiq xəbərlər dərc olunmuş, bəzi araşdırmalar da aparılmışdı. Əksər hallarda sözügedən media quruluşları həm veb, həm də sosial şəbəkələrdəki səhifələrində yer alan tənqidi fikirlərə, fərqli düşüncəyə dözümsüzlük nümayiş etdirərək yazılan şərhlərin çoxunu silir, əksər hallarda isə rəy yazan istifadəçiləri "qara siyahı"ya salırdı. Müxalifətin aparıcı simalarına aid sosial səhifələrdə isə belə azadlıq heç əvvəldən də yox idi.

Orduda fədakarlıq və şücaət göstərən əsgərlər medalla təltif olunacaq

17 Oktyabr 2016 17:13

Azərbaycan Silahlı Qüvvələrinə dövlət qayğısı hər an müşahidə olunmaqdadır. Artıq payız-qış mövsümünə keçidlə əlaqədar orduya diqqət daha da artırılıb. Belə ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin bütün hərbi hissə və bölmələrində silah və hərbi texnikanın istismarının qış rejiminə keçirilməsi ilə əlaqədar tapşırıq verib.

Putindən Vaşinqtonun “Qarabağ planı”na zərbə

17 Oktyabr 2016 17:03

İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasından çox şey gözləyirdi. Lakin nəticə Ermənistanı məyus etdi.

Qaradağda  müstəqillik bayramı

17 Oktyabr 2016 16:58

Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən Kamran Yaqubov adına 184 nömrəli tam orta məktəbdə müstəqilliyimizin bərpasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib.

"Generalı barmağına dolamısan? Keçirdərəm başına torbanı..."

17 Oktyabr 2016 16:54

Ləğv edilmiş MTN-in alt-üst edilməsindən, bu sistemin ən qəddar siması kimi ad çıxarmış Akif Çovdarovun həbsindən az sonra virtualaz.org bir vaxtlar adı gələndə nazirlərdən tutmuş xırda sahibkara qədər hər kəsin qorxduğu generalın obyektinə girə bilmişdi. Bu, həmin vaxtlar idi ki, mətbuatda Çovdarovun gizli həbsxanaları haqda məlumatlar baş alıb gedirdi və belə gizli həbsxalarından birinin generalın Masazırdakı nəhəng istixana kompleksinin ərazisində ola biləcəyi haqda söz-söhbətlər var idi.

Həbsdəki general Eldar Mahmudovu ələ verdi: “Onun göstərişi ilə etmişəm...”

17 Oktyabr 2016 16:53

Ləğv edilmiş MTN-in Monitorinq Mərkəzinin keçmiş rəhbəri, hazırda həbsdə olan general Teymur Quliyev istintaq zamanı rəhbərlik etdiyi mərkəzin sahibkarların telefon danışıqlarının dinlənilməsini  nazir Eldar Mahmudovun yazılı icazəsi, habelə idarə rəisi Akif Çovdarovun göstərişi ilə həyata keçirdiyini bildirib. 

İŞİD lideri Bağdadi qaçdı

17 Oktyabr 2016 16:43

İŞİD lideri Əbubəkr Bağdadi Mosul əməliyyatlarından az öncə şəhəri tərk edib. Axar.az bildirir ki, bu barədə etibarlı mənbədən Sputnik-ə məlumat verilib.   Təşkilat liderinin Suriyaya keçdiyi təxmin edilir.