Binəqədidə polis idarəsini su basdı

Gecədən başlayan yağış paytaxtda bir sıra ciddi problemlərə yol açıb.  “OLAYLAR”-ın xəbərinə görə, saatlarla davam edən yağış daha çox Binəqədi rayonunda ciddi fəsadlara yol açıb. Adıçəkilən rayon ərazisinin əksər hissəsində kanalizasiya xətlərinin olmaması rayonun onlarla küçə və prospektlərində sel sularının meydana gəlməsinə səbəb olub. Məlumata görə,  Dövlət Yol Polisi İdarəsinin Binəqədi Rayon Şöbəsini də sel suları basıb. Məmməd Əmin Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 9 ünvanda yerləşən idarədə sel suları səbəbindən iş rejimi pozulub və qurumun fəaliyyət mümkünsüz olub.

Gecədən başlayan yağış paytaxtda bir sıra ciddi problemlərə yol açıb.  "OLAYLAR"-ın xəbərinə görə, saatlarla davam edən yağış daha çox Binəqədi rayonunda ciddi fəsadlara yol açıb. Adıçəkilən rayon ərazisinin əksər hissəsində kanalizasiya xətlərinin olmaması rayonun onlarla küçə və prospektlərində sel sularının meydana gəlməsinə səbəb olub. Məlumata görə,  Dövlət Yol Polisi İdarəsinin Binəqədi Rayon Şöbəsini də sel suları basıb. Məmməd Əmin Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 9 ünvanda yerləşən idarədə sel suları səbəbindən iş rejimi pozulub və qurumun fəaliyyət mümkünsüz olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31