Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni ixtisas artırma proqramları

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası idman təhsili sahəsində yeniliklərə imza ataraq, İdman sahəsində çalışan mütəxəssislər və bu aləmə addım atmaq istəyənlər üçün  peşəkar təlim və inkişaf  proqramlarına start verib. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, yeni ixtisas proqramlarının təqdimatına həsr olunmuş tədbirdə idman federasiyalarının rəsmiləri,  idman ictimaiyyətinin tanınmış nümayəndələri, xarici idman mütəxəssisləri və akademiyanın müəllim və professor heyəti iştirak edib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası idman təhsili sahəsində yeniliklərə imza ataraq, İdman sahəsində çalışan mütəxəssislər və bu aləmə addım atmaq istəyənlər üçün  peşəkar təlim və inkişaf  proqramlarına start verib. GİN-in mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, yeni ixtisas proqramlarının təqdimatına həsr olunmuş tədbirdə idman federasiyalarının rəsmiləri,  idman ictimaiyyətinin tanınmış nümayəndələri, xarici idman mütəxəssisləri və akademiyanın müəllim və professor heyəti iştirak edib.

Məlumat üçün bildirək ki, İxtisasartırma Proqramları dünyanın aparıcı universitetlərinin təcrübəsindən yararlanaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təsis edilmişdir. İxtisasartırma Proqramları sürətlə dəyişən və inkişaf edən idman sahəsində çalışan mütəxəssislərə, eləcə də bu aləmə qoşulmaq istəyən hər kəsə peşəkar təlim proqramlarını təklif edir.  İxtisasartırma Proqramlarının missiyası yerli və xarici idman mütəxəsislərinin iştirakı ilə elmi və praktiki təlim proqramlarını təşkil etməklə idman aləmində çalışan peşəkarları və bu sahəyə yenicə qoşulan gənc mütəxəssisləri səmərəli fəaliyyətə ruhlandırmaq və onlara yüksək səviyyəli tədris verməkdir.Tədbiri giriş sözü ilə açan akademiyanın rektoru Fuad Hacıyev son 9 ayda tədris müəssisəsində gedən yenidənqurma və təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlərindən söhbət açıb.  Strateji İnkişaf Qrupunun Rəhbəri,  Müşavir  Şəms Mustafayeva ADBTİA-nın Strateji İnkişaf Hədəfləri ,  ADBTİA  Proqram Meneceri Tükəzban Cəfərova İxtisasartırma Proqramlarının Təqdimatı  haqqında məlumat veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31