Əli Əhmədov: “Azərbaycan ötən 25 ildə böyuk inkişaf mərhələsi keçib”

"Azərbaycan 25 ildir ki, müstəqil dövlət kimi yaşayır və inkişaf edir. Bütövlükdə bu dövrü üç mərhələyə bölmək olar. Birincisi, 1991-1993-cü illər, ikincisi, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər, üçüncüsü isə Prezident İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdür». “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov səsləndirib.

"Azərbaycan 25 ildir ki, müstəqil dövlət kimi yaşayır və inkişaf edir. Bütövlükdə bu dövrü üç mərhələyə bölmək olar. Birincisi, 1991-1993-cü illər, ikincisi, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər, üçüncüsü isə Prezident İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdür". "OLAYLAR"-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov səsləndirib. O, bildirib ki, müstəqilliyimizin birinci mərhələsində ölkəmizdə xaos, anarxiya hökm sürürdü ki, bu da Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu: "Əgər xalqın tələbi ilə Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında hakimiyyətə qayıtmasaydı, xalqımızın və dövlətimizin taleyi sual altında olardı". Azərbaycanın məhz Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında inkişaf etdiyini deyən Əli Əhmədov bu gün Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini diqqətə çatdırıb. O deyib ki, bu dövr dövlət müstəqillyinin iqtisadi, siyasi və digər əsaslarının çox ciddi şəkildə möhkəmlənməsi ilə müşaiyət olunub". Əli Əhmədov bildirib ki, Azərbaycan ötən 25 ildə böyuk inkişaf mərhələsi keçib və bu dövr Azərbaycan tarixinin "qızıl əsri" hesab oluna bilər: "Bir çox xalqlar öz tarixlərində "qızıl əsr" tapa bilmir. Amma Azərbaycan xalqının "qızıl əsri" bizim yaşadımız bugünlərdir. İnanıram ki, bu "qızıl əsr" uzun illər davam edəcək, Azərbaycan vətəndaşlarına xidmət edəcək, iqtisadiyatımız daha da inkişaf edəcək, daha möhtəşəm nailiyyətlər əldə edəcək, insanlarımız müstəqil dövlətin verdiyi bütün imkanlardan daha geniş və faydalı şəkildə istifadə edəcəklər". Əli Əhmədov əmin olduğunu bildirib ki, gələcəkdə xalqımız daha möhtəşəm uğurlar qazanacaq, qarşıdakı illərdə də xalqımız öz dövlət müstəqilliyini yeni-yeni naliyyətlərlə, daha güclü Azərbaycanla qeyd edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31