Gündəm
FETÖ-nün ABŞ-dakı məktəbləri bağlanır
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində Fətullahçı Terror Təşkilatına (FETÖ) bağlı 3 məktəbin bağlanması barədə qərar qəbul edilib.
Əməliyyatların 3-cü günü Mosulun peykdən çəkilmiş FOTOları yayılıb
ABŞ-ın "Stratfor" təhlükəsizlik şirkəti əməliyyatların üçüncü günündə Mosulun peykdən çəkilən şəkillərini yayıb.
Ermənistanda müharibə XOFU: Mətbuat katibindən AÇIQLAMA
"Aprel müharibəsi"ndən sonra Ermənistan hökuməti, erməni hərbi-siyasi dairələri çaşqınlıqlarını, əl-ayağa düşdüklərini nümayiş etdirdilər. Bu, əslində belə də olmalı idi, çünki Ermənistan cəbhədəki insident zamanı işğal etdiyi torpaqların bir qisminin əlindən çıxacağını gözləmirdi.
Politoloq: "Azərbaycan bundan artıq güzəşt edə bilməz"- AÇIQLAMA
“Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin "Sputnik" agentliyinə müsahibəsində Dağlıq Qarabağa Muxtar Respublika statusunun verilməsi ilə bağlı səsləndirdiyi fikirləri dəyərləndirməlidir. Çünki, Azərbaycan bundan artıq güzəşt edə bilməz”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Alla Puqaçova ona görə gəlir
Müğənni-bəstəkar Emin Ağalarov 2017-ci ildə Bakıda keçiriləcək “Jara” festivalının daha bir qonağının adını açıqlayıb. SİA-nın məlumatına görə, Rusiyanın xalq artisti Alla Puqaçova festivalın qonaqları sırasında olacaq.
İlham Əliyev Qazaxda “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının təqdimatında iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 19-da Qazax rayonunda “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təqdimatında iştirak edib.
Məktəb ərazisində uçqun baş verib
Bakı şəhəri Xətai rayonu 48 saylı orta məktəbin ərazisində istinad divarı uçub, ərazidə uçqun baş verib.
Lənkəran-Lerik yolunda sürüşmə aktivləşib
Gecə saatlarından başlayaraq Lerik rayonunda hava şəraiti stabilləşib. APA-nın cənub bürosunun məlumatına görə, rayonun ayrı-ayrı ərazilərində yağan qar fasilələrlə yağış və sulu qarla əvəzlənib. Kəskin hava şəraiti Lənkəran-Lerik şose yolunda sürüşmə prosesinin yenidən aktivləşməsinə səbəb olub. Dağlıq ərazilərdən yola tökülən torpaq qatı, çınqıl və qaya parçaları nəqliyyat vasitələrinin hərəkətinə mane olur. 43 saylı Lerik Rayon Yol İstismar Sahəsinin ağır texnikası və qəza briqadası şose yolunda bu problemi aradan qaldırmaq üçün fəaliyyətə başlayıb.
Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına elektron imzaya dair məlumatlar daxil ediləcək
Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilən məlumatların sayı artırılıb.
Nazirlik gənclər üçün treninq keçirdi
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncə şəhər 2 saylı peşə liseyində gənclər üçün treninq keçirilib.
Binəqədidə “Müstəqilliyim, mənim yaşıdım” adlı tədbir keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi Rayon Təşkilatının, Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr olunmuş “Müstəqilliyim, mənim yaşıdım” adlı bayram tədbiri keçirilib.
Əli Əliyev: “ABŞ öz rəqiblərini bütün müstəvilərdə sıradan çıxarır”
“ABŞ öz rəqiblərini bütün müstəvilərdə sıradan çıxarır”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev çıxış edib.
Deputatlarımız MDB PA-nın tədbirinə qatılacaqlar
Milli Məclisin deputatları Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının komissiya iclaslarında iştirak etmək üçün oktyabrın 19-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.
Atatürk Liseyində müstəqillik günü qeyd edilib
Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyində 18 oktyabr-Müstəqillik haqqında Konstitusiya Aktının qəbulunun 25-ci ildönümü ilə bağlı mərasim keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, təhsil ocağının müəllim və şagird heyətinin qatıldığı mərasim iki qardaş ölkənin dövlət himnlərinin səslənməsi başlayıb. Bayram tədbirində çıxış edən liseyin tarix müəllimi Elmar Həsənov həmin dövrdə ölkədə cərəyan edən siyasi proseslər, müstəqilliyin elan olunması istiqamətində yaranmış tarixi zərurət, eləcə də Azərbaycanın ötən 25 ildə əldə etdiyi nailiyyətlər barədə məruzə ilə çıxış edib. Daha sonra liseyin şagirdləri azadlıq və müstəqilliyə həsr olunmuş şerlər səsləndirib, musiqi parçaları ifa ediblər.
BŞTİ yeni layihələrə start verir
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2016-2017-ci tədris ili üzrə fəaliyyətini “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırır. Bu məqsədlə il ərzində həyata keçiriləcək 25 yeni layihəni əhatə edən 8 fəaliyyət istiqaməti müəyyənləşdirilib. İdarənin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, “Səmərəli Məktəb Yaradaq” fəaliyyət istiqaməti çərçivəsində “Məktəb Seminarları”, “75 Məktəb”, “Məktəb Psixoloqları Klubu”, “Məktəbin Elektron Pasportu”, “Məktəb İnspeksiyaları”, “Məktəb İdarəetməsinin Dəstəklənməsi”, “Məktəbə Dəstək” layihələri həyata keçiriləcək.














