FETÖ-nün ABŞ-dakı məktəbləri bağlanır

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində Fətullahçı Terror Təşkilatına (FETÖ) bağlı 3 məktəbin bağlanması barədə qərar qəbul edilib.

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində Fətullahçı Terror Təşkilatına (FETÖ) bağlı 3 məktəbin bağlanması barədə qərar qəbul edilib.

Report bildirir ki, Los-Ancelesin Təhsil Şurası razılaşdırılmış məktəblərlə bağlı anlaşmanın müddətinin uzadılmasını FETÖ-yə aid 3 məktəbə şamil etməyib.
Şuranın 7 üzvündən 6-sı qərarın lehinə səs verib. Apellyasiya şikayəti vermə hüququ olan məktəblər 2017-ci ilin iyul ayınadək maliyyə şərtlərini ödəməsələr, o zaman həmin məktəblər bağlanacaq.
İnformasiyaya görə, Kaliforniyada hakimiyyət orqanları ilə razılaşdırılmış formada 10 məktəb fəaliyyət göstərir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31