Atatürk Liseyində müstəqillik günü qeyd edilib

Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyində 18 oktyabr-Müstəqillik haqqında Konstitusiya Aktının qəbulunun 25-ci ildönümü ilə bağlı mərasim keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, təhsil ocağının müəllim və şagird heyətinin qatıldığı mərasim iki qardaş ölkənin dövlət himnlərinin səslənməsi başlayıb. Bayram tədbirində çıxış edən liseyin tarix müəllimi Elmar Həsənov həmin dövrdə ölkədə cərəyan edən siyasi proseslər, müstəqilliyin elan olunması istiqamətində yaranmış tarixi zərurət, eləcə də Azərbaycanın ötən 25 ildə əldə etdiyi nailiyyətlər barədə məruzə ilə çıxış edib. Daha sonra liseyin şagirdləri azadlıq və müstəqilliyə həsr olunmuş şerlər səsləndirib, musiqi parçaları ifa ediblər.

Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyində 18 oktyabr-Müstəqillik haqqında Konstitusiya Aktının qəbulunun 25-ci ildönümü ilə bağlı mərasim keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, təhsil ocağının müəllim və şagird heyətinin qatıldığı mərasim iki qardaş ölkənin dövlət himnlərinin səslənməsi başlayıb. Bayram tədbirində çıxış edən liseyin tarix müəllimi Elmar Həsənov həmin dövrdə ölkədə cərəyan edən siyasi proseslər, müstəqilliyin elan olunması istiqamətində yaranmış tarixi zərurət, eləcə də Azərbaycanın ötən 25 ildə əldə etdiyi nailiyyətlər barədə məruzə ilə çıxış edib. Daha sonra liseyin şagirdləri azadlıq və müstəqilliyə həsr olunmuş şerlər səsləndirib, musiqi parçaları ifa ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31