Əli Əliyev: “ABŞ öz rəqiblərini bütün müstəvilərdə sıradan çıxarır”
“ABŞ öz rəqiblərini bütün müstəvilərdə sıradan çıxarır”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev çıxış edib.
19 Oktyabr 2016 11:37 Siyasət"ABŞ öz rəqiblərini bütün müstəvilərdə sıradan çıxarır". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev çıxış edib.
Partiya sədri Almaniyanın 1 saylı, Avropa Birliyinin ən etibarlı bankı "Deutschebank"a qarşı 14 milyard dollar məbləğində məhkəmə qaydasında sanksiyanın irəli sürülməsini bununla əlaqələndirib: " Məbləğ bankın bankrot olması anlamına gəlir. Bu addım AB və sənaye nəhəngi Almaniyaya böyük zərbədir. Bir qədər əvvəl yenə Almaniyanın "Volkswaqen" şirkəti dizel yanacaqları qalmaqalı ilə yenə ABŞ tərəfindən cəzaya məruz qoyulmuşdu. Ötən həftə Cənubi Koreyanın sənaye nəhənglərindən "Samsunq" şirkəti, akkumlyatorların partlama təhlükəsi bəhanəsi ilə yeni zərbə alıb. Mətbuata ötürülən feyk ilə şirkətin smart telefonları təyyarələrə buraxılmamağa başladı. Əlbəttə ki, ABŞ-ın Apple-na ən ciddi rəqibin belə şəkildə sıradan çıxarılması ABŞ-ın iqtisadi təcavüzü kimi qiymətləndirilməlidir. Ötən il eyni məzmunlu hərəkət Yaponiyanın "Toyota" şirkətinə qarşı atılmışdır. Şirkət bir neçə milyard dollar zərər çəkmişdi". Əli Əliyev deyib ki, başqalarının maddi ziyana salınmasının bir nümunəsi də Səudiyyə Ərəbistanına qarşı cari ilin sentyabrında ABŞ konqresinin çıxardığı qərardır: "Bu qərardan sonra, 11 sentyabr hadisələri ilə bağlı zərarçəkənlərin özləri və ya ailə üzvləri Səudiyyəyə qarşı maddi təzminat iddiası qaldırmasının qarşısı açılır. Belə məhkəmə iddiaları dalğası milyardlarla vəsaitin ABŞ-a axması deməkdir. ABŞ bütün müstəvilərdə belə marjinal qərarlar qəbul edir. Onların istənilən addımı başqalarının zəiflədilməsi, bəzi hallarda hətta məhvi amerikalıların rifahına xidmət edir. İndi sıraya baxaq-Almaniya, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı. Hamısı ABŞ-ın strateji müttəfiqləridir. Ona görə diqqətli olmaq lazımdır".