Gündəm
Fahriyedən estetik əməliyyatı xəbərlərinə REAKSİYA
Ötən gün Nejat İşler və Serenay Sarıkayanın baş rollarda çəkildikləri "İkimizin yerine" filminin İstanbulda qala-gecəsi baş tutub.
Sahibkarlara 2 milyard güzəştli kredit verilib
"Bu ilin beş ayı ərzində ölkəyə 800 mln. manatdan artıq investisiya qoyulması üçün şərait yaradılıb. Sahibkarlığa Kömək Milli Fondu yarandığı gündən bu günə qədər 32 min layihənin maliyyələşdirilməsi üçün 2 mlrd. manatadək güzəştli kredit verilib”.
Deputatlarımız Atatürk manumentini ziyarət ediblər
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Azərbaycan nümayəndə heyətinin tərkibində Avstraliyanın Pert şəhərində bir sıra görüşlər keçirib. DİP-dən verilən məəlumata görə, Avstraliya Senatının və Nümayəndələr Palatasının spikerləri Barri Haus və Maykl Sazerlendin başçılıq etdikləri nümayəndə heyəti ilə görüşdə Azərbaycanla Avstraliya arasında əməkdaşlığın genişləndirilməsi məsələləri, siyasi, iqtisadi əlaqələrin inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət, turizm, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Milli Məclis oktyabrın 28-də yığışacaq
Milli Məclisin növbəti plenar iclası oktyabrın 28-də keçiriləcək. Bu barədə MM-dən verilən məlumata görə, artıq iclasın gündəliyi təsdiq edilib. Belə ki, iclasın gündəliyinə 23 məsələ daxildir.Bunlar Azərbaycan və bir sıra dövlətlər arasında imzalanmış sənədlərin ratifikasiyası, Cinayət, İnzibati Xətalar, Gömrük məcəllələrinə, “Kütləvi İnformasiya Vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, Telekommunikasiya haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Yol hərəkəti haqqında”, “Avtomobil yolları haqqında”, “Dövlət rüsumu haqqında” və sair qanunlara dəyişikliklər, o cümlədən birinci oxunuşda “Məktəbəqədər təhsil haqqında” və ikinci oxunuşda “Kredit büroları haqqında” qanun layihələridir.
DƏHŞƏTLİ KADR: Mosuldan canlı yayım zamanı terrorçu...
Peşmərgə və İraq ordusunun Mosul əməliyyatı davam edir. Milli.Az Milliyet-ə istinadən bildirir ki, əməliyyat anından canlı reportaj təqdim edən "CNN International"ın kameralarına dəhşətli bir olay tuş gəlib.
Təlimçilər hazırlanır
Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun müvafiq göstəriş və tapşırıqlarına uyğun olaraq, narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanması ilə əlaqədar dövlət qurumlarının əməkdaşları regionlara səfər edəcək.
“Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında nəşr olunmuş “Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a fondun mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş tədbirə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi təşkilati dəstək göstərir. Kitabın müəllifləri Fəzail Vəliyev və Gülzadə Abdulovadır. Təqdimat oktyabrın 21-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin zalında baş tutacaq.
Spirtli içki qadının axırına çıxdı
Bakıda Xətai rayonunda bir qadın spirtli içkidən zəhərlənərək ölüb. Məlumata görə, paytaxt sakini 1974-cü il təvəllüdlü Səbinə Ələkbərova mənzilində spirtli içkidən zəhərlənib. S.Ələkbərova xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır.
Paytaxtda tikinti materialları mağazası yanıb
Bakıda vətəndaşa məxsus, tikinti materialları mağazasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, vətəndaşa məxsus, tikinti materialları mağazasının ümumi sahəsi 4 m² olan gözətçi köşkünün yanar konstruksiyaları yanıb.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.Yanğın saat 02:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Аzərbаycаndа dеmоqrаfik vəziyyət açıqlanıb
İlin əvvəlindən ölkə əhalisinin sayı 70,1 min nəfər və ya 0,7 faiz artaraq 2016-cı il sentyabr ayının 1-i vəziyyətinə 9775,7 min nəfərə çatmışdır. Statistika Komitəsindən verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olmuşdur.
Nazirlik şirkətlərə müraciət etdi
25-29 Oktyabr 2016-cı il tarixlərində Kənd Təsərrüfatı Naziri Heydər Əsədovun Niderland Krallığına rəsmi səfəri nəzərdə tutulub.
Röyanın Türkiyədəki evi
Xəbər verdiyimiz kimi, əməkdar artist Röya Ayxan Türkiyədə ev alıb. Oxu.az xəbər verir ki, müğənni yeni mənzilinin fotoşəkillərini "Instagram"da ilk dəfə paylaşaraq "Evdə ilk dəfə öz kliplərimi ard-arda izləmək də var imiş..." sözlərini yazıb. Xatırladaq ki, ifaçı Türkiyənin "Vatan" qəzetinə müsahibəsində: "Azərbaycan mənim torpağımdır. Nə oradan birdəfəlik qopa bilərəm, nə də belə niyyətim var. Türkiyə isə mənim xəyalımdır. Ona görə də buradan ev aldım", - demişdi.
Mehriban Xanlarovadan ŞOK AÇIQLAMA: "Bioloji ana olmamışam"
Əməkdar artist Mehriban Xanlarova şəxsi həyatı barədə danışıb. Lent.az-ın məlumatına görə, aktrisa bildirib ki, o bioloji olaraq ana olmayıb:
"Mühasibat uçotu haqqında" qanuna dəyişiklik edildi
Prezident İlham Əliyev "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 315 VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Gözdən əlillərə ŞAD XƏBƏR
29 yaşlı türk alim Berkay Özçelik kəşf etdiyi süni buynuz qişası ilə Avstraliyada təşkil edilən elm yarışlarında birinci olub.














