Gözdən əlillərə ŞAD XƏBƏR
29 yaşlı türk alim Berkay Özçelik kəşf etdiyi süni buynuz qişası ilə Avstraliyada təşkil edilən elm yarışlarında birinci olub.
19 Oktyabr 2016 12:10 Dünya29 yaşlı türk alim Berkay Özçelik kəşf etdiyi süni buynuz qişası ilə Avstraliyada təşkil edilən elm yarışlarında birinci olub.
Avstraliyada yaşayan Berkay Özçeliyin kəşf etdiyi süni buynuz qişası korlaşmanın və görmə zəifliyindən əziyyət çəkənlərin çarəsinə çevriləcək.
Milli.Az haberler.com-a istnadən bildirir ki, Berkayın süni buynuz qişası ilk sınağından uğurla çıxmağı bacarıb.
Qoyunlar üzərində aparılan ilk təcrübələr müsbət nəticə verib və kor qoyunlar görməyə başlayıb. Özçelik, 5-10 il ərzində bu süni buynuz qişasının insanlarda da tətbiq edilə biləcəyini söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31