Təlimçilər hazırlanır

Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun müvafiq göstəriş və tapşırıqlarına uyğun olaraq, narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanması ilə əlaqədar dövlət qurumlarının əməkdaşları regionlara səfər edəcək.

Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə

Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun müvafiq göstəriş və tapşırıqlarına uyğun olaraq, narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanması ilə əlaqədar dövlət qurumlarının əməkdaşları regionlara səfər edəcək. "OLAYLAR"-ın xəbərinə görə, Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı və Daxili İşlər, Səhiyyə, Təhsil Nazirliklərinin, o cümlədən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə cari ilin 24 oktyabr tarixindən etibarən Mingəçevir, Şəki, Qəbələ, Zaqatala, Qax, Balakən, Kürdəmir, Ağdaş, Ağsu, Şamaxı, Ucar, Zərdab şəhər və rayonlarında təlim-məşğələlərin keçirilməsi nəzərdə tutulur. Təlimlər qeyd olunan rayonlar üzrə yerli Komissiyaların üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının məsul katibləri və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqları, orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə), psixoloqları və tibb işçiləri üçün təşkil olunacaq. Eyni zamanda təlim iştirakçılarıDövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış xüsusi qovluqlarda metodik vəsaitlər, bukletlər, yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri və digər zəruri təbliğat materialları (o cümlədən diskə daxil edilmiş elektron variantda əlavə olunmaqla) ilə təmin edilməsi həyata keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31