Gündəm
Almaniya qaçqınlar üçün əlavə 2,6 milyard avro ayıracaq
Almaniya hökuməti qaçqınların ehtiyaclarının ödənilməsi üçün daha federal torpaqlara əlavə olaraq 2,6 milyard avro köçürəcək.
Ermənistan əhalisi sürətlə azalır - 46 ildə ilk dəfə
2016-cı ilin 1 oktyabr tarixinə olan məlumata əsasən, Ermənistanda yaşayan daimi əhalinin sayı 2 milyon 993,9 min nəfərdir.
Müharibə veteranlarına qayğı vətənpərvərlik hissini yüksəldir
Azərbaycanda Birinci Qarabağ müharibəsi iştirakçılarının sosial problemlərinin həlli dövlətin diqqət mərkəzindədir. Uzun müddətdir ki, dövlət və şəxsən Prezident İlham Əliyev müharibə əlilləri və şəhid ailələrinin siosial-məişət problemlərinin həllini diqqətdə saxlayır.
“Azərbaycanda Yerli Demokratiya Həftəsi” start verilib
Oktyabr ayının 31-dən noyabr ayının 5-dək “Azərbaycanda Yerli Demokratiya Həftəsi” start götürüb.
İstanbulda beynəlxalq kitab sərgisi keçiriləcək
Türkiyənin İstanbul şəhərində Beynəlxalq İstanbul kitab sərgisi keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, sərgi noyabrın 12-20-i tarixlərində baş tutacaq. Sayca 35-ci dəfə keçiriləcək sərgidə Azərbaycandan da bir çox şair və yazıçıların kitabları nümayiş ediləcək.
Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının baş katibi ilə görüşüb
Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104-cü sessiyasında iştirak etmək üçün Misirdə səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sözügedən təşkilatın baş katibi Taleb Rifai arasında görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, təşkilatın baş katibi Azərbaycanı Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədri seçilməsi münasibətilə təbrik edib. Görüş zamanı Azərbaycanla təşkilat arasında münasibətlər, eləcə də sədrlik müddətində görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb. Həmçinin görüşdə cari il, dekabrın 5-də Parisdə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq İşçi Qrupunun yüksək səviyyəli toplantısının gündəliyinin birgə hazılanması qərara alınıb.
Türkiyənin məşhur meneceri HƏBS EDİLDİ
FETÖ-çülərin aşkar edilməsi yönündə polisin istintaq əməliyyatı məşhur simanın həbsi ilə nəticələnib.
Xaçmazda vətənpərvərlik mövzusunda tədbir keçirilib
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Azərbaycanda yaşayan azsaylı xalqlar, milli azlıq və etnik qruplar arasında vətənpərvərlik ruhunun aşılaması məqsədilə maariflənmə kampaniyasının həyata keçirilməsi” layihəsi çərçivəsində növbəti tədbirini Xaçmaz rayonunda 2 saylı Uşaq bağçasında keçirib.
Hərbiçilər üçün yeni yaşayış kompleksi istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.
“İrəvan xanlığı” kitabının ərəb dilində nəşrinin təqdimatı keçiriləcək
Azərbaycan Milli Eelmlər Akademiyasının müxbir üzvü, millət vəkili Yaqub Mahmudovun rəhbərliyi altında hazırlanmış “İrəvan xanlığı” kitabı ərəb dilində nəşri işıq üzü görüb. “OLAYLAR”-ın xəbərinə görə, yaxın günlərdə nəşrin təqdimat mərasimi keçiriləcək. “İrəvan xanlığı” kitabının ərəb dilində nəşrinin təqdimat mərasimi Mədəniyyət və Turizm Nazirliyi, A.A.Bakıxanov adına Tarix İnstitutu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə baş tutacaq.
Azərbaycanda gender bərabərliyi prinsipinə tam əməl olunur
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Türkmənistan Respublikası Parlamentinin sədr müavini xanım Qurbangül Bayramovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
"Qarabağ həqiqətləri uşaqların gözü ilə” sənədli filmi
Azərbaycan Dillər Universitetinin akt zalında "Qarabağ həqiqətləri uşaqların gözü ilə" sənədli filminin təqdimat mərasimi keçirildi.Təqdimat mərasimi "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyi və "Realline.TV"saytının birgə təşkilatçılığı ilə baş tutdu.
Azercell-dən təqaüd al, gələcəyini qur!
Azercell Telekom MMC-nin nin əməkdaşları 2008-ci ildən etibarən start verilən Tələbə Təqaüd proqramı çərçivəsində ölkəmizin ali məktəblərində təhsil alan tələbələrlə bir sıra görüşlər keçiriblər. Şirkət əməkdaşları oktyabr ayı ərzində Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Politexnik İnstitutu, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialında tələbələrlə görüşərək, onları Tələbə Təqaüd proqramı haqqında məlumatlandırıblar. Tələbələrin diqqətinə çatdırılıb ki, sentyabrın 30-dan etibarən 2016-2017 tədris ili üçün start verilən növbəti Təqaüd Proqramına öz sahəsində peşəkar olmaq, gələcək karyerası üçün təməl yaratmaq istəyən gənclər müraciət edə bilərlər.
Azərbaycan məşhur turizm şəbəkəsinə daxil edilib
Noyabrın 2-də Azərbaycan yeni turizm istiqaməti kimi məşhur Promovacances turizm şəbəkəsinə daxil edilib. “OLAYLAR”-ın xəbərinə görə, artıq şəbəkənin internet saytında ölkəmizin mehmanxanaları haqqında məlumatla tanış olmaq mümkündür. 1998-ci ildə “promovacances.com” saytı vasitəsilə turizm xidməti göstərən şirkət 2001-ci ildə Karavel qrupu tərəfindən alınıb və hazırda Fransanın lider turistik brendidir. Promovacances turizm şəbəkəsinin ölkə daxilində 50 filialı var. Hər ay şəbəkəyə 4 milyon insan müraciət edir. Şəbəkə 120 istiqamətdə 10 mindən çox turistik səfərlər təşkil edir və ildə 40 milyon turistin arzusunu reallaşdırır.
Mübariz Qurbanlı Türkiyə səfiri ilə görüşüb
Noyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Mübariz Qurbanlı Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, səfiri təyinatı münasibətilə təbrik edən Dövlət Komitəsinin sədri Azərbaycan-Türkiyə dövlətləri arasında mövcud olan səmimi, qardaş münasibətdən danışıb. O bildirib ki, Türkiyə-Azərbaycan xalqları və dövlətləri arasında tarix boyu formalaşmış qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, bütövlükdə türk-İslam dünyasının mədəni-mənəvi vəhdətinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi yolunda iki ölkə hər zaman səy göstərib və göstərməkdə də davam edəcək. Mübariz Qurbanlı bütün sahələrdə olduğu kimi din sahəsində də ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyib.














