Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının baş katibi ilə görüşüb

Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104-cü sessiyasında iştirak etmək üçün Misirdə səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sözügedən təşkilatın baş katibi Taleb Rifai arasında görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, təşkilatın baş katibi Azərbaycanı Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədri seçilməsi münasibətilə təbrik edib. Görüş zamanı Azərbaycanla təşkilat arasında münasibətlər, eləcə də sədrlik müddətində görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb.  Həmçinin görüşdə cari il, dekabrın 5-də Parisdə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq İşçi Qrupunun yüksək səviyyəli toplantısının gündəliyinin birgə hazılanması qərara alınıb.

Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104-cü sessiyasında iştirak etmək üçün Misirdə səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sözügedən təşkilatın baş katibi Taleb Rifai arasında görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, təşkilatın baş katibi Azərbaycanı Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədri seçilməsi münasibətilə təbrik edib. Görüş zamanı Azərbaycanla təşkilat arasında münasibətlər, eləcə də sədrlik müddətində görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb.  Həmçinin görüşdə cari il, dekabrın 5-də Parisdə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq İşçi Qrupunun yüksək səviyyəli toplantısının gündəliyinin birgə hazılanması qərara alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31