“Azərbaycanda Yerli Demokratiya Həftəsi” start verilib
Oktyabr ayının 31-dən noyabr ayının 5-dək “Azərbaycanda Yerli Demokratiya Həftəsi” start götürüb.
2 Noyabr 2016 18:17 SosialOktyabr ayının 31-dən noyabr ayının 5-dək "Azərbaycanda Yerli Demokratiya Həftəsi" start götürüb. "OLAYLAR"-ın xəbərinə görə, "Çox mədəniyyətli cəmiyyətlərdə birgə yaşayış: hörmət, dialoq, qarşılıqlı əlaqə" adı altında həyata keçirilən aksiyada ölkəmizin bütün bələdiyyələri ilə yanaşı, Binəqədi bələdiyyələri də aktiv iştirak etməyi planlaşdırır. Elə bu məqsədlə də Binəqədi rayonunda fəaliyyət göstərən 5 bələdiyyə oktyabr ayının 31-də bir araya gəliblər. Seçicilərin yerli əhəmiyyətli məsələlərlə bağlı problemlərinin həll edilməsi, vətəndaş-bələdiyyə, bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmləndirilməsi, vətəndaşların bələdiyyələrin fəaliyyətində iştirakının təmin edilməsi, onların müraciətlərinə operativ və əsaslı baxılması və digər bu kimi mühüm məsələləri özündə birləşdirən aksiya çərçivəsində seçicilərlə açıq və qapalı məkanlarda görüşlərin keçirilməsi, əhalinin sıx toplaşdığı məkanlarda "poçt qutu"larının yerləşdirilməsi və bu kimi çoxsaylı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.