Gündəm
Füzuli meydanı ləğv olunur
Füzuli meydanından Nəriman Nərimanov prospektinə qədər və Təzəpir məscidi istiqamətində yolların genişləndirilməsi və inşası işlərinin davam etdirilməsi, habelə yeni yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulur.
Dini radikalizmlə mübarizədə gənclərin rolu müzakirə edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti, YAP Zaqatala rayon təşkilatı və Zaqatala rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dini fundamentalizm və dini radikalizmlə mübarizədə gənclərin rolu” adlı tədbir keçirilib.
Müsabiqə qalibləri mükafatlandırılıb
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Abşeron Rəsm Qalereyasında “Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında inşa yazı və rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov, rayon idarələrinin əməkdaşları, şagird və valideynlər iştirak ediblər. Mükafatlandırma mərasimində inşa yazı və rəsm müsabiqələrində fərqlənmiş şagirdlər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Ağstafa rayonunun daha bir yaşayış məntəqəsinə təbii qaz verilib
Noyabrın 2-də Ağstafa rayonunun Qarayazı qəsəbəsinə təbii qazın verilməsi bərpa olunub. “OLAYLAR”-ın xəbərinə görə, 125 abonenti olan qəsəbənin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 13170 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Hazırda Ağstafa rayonunun daha 4 kəndində - Muğanlı, Sadıqlı, Böyük Kəsik və Ağgöl kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə təbii qazın verilişi təmin ediləcək.
Türkiyə ilə Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişaf edir
Noyabrın 2-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı zavodunun təməli qoyuldu
Noyabrın 2-də Pirallahı Sənaye Parkında Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin və Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirinin müavini Aleksandr Sıbulskinın iştirakı ilə “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Vita-A” MMC və Rusiya Federasiyasının “R-Pharm” şirkətinə daxil olan “AR-Pharm” MMC şirkətləri arasında “Hayat Pharm” əczaçılıq məhsullarının istehsalı zavodunun yaradılması üzrə Səhmdarlar Sazişi imzalanıb.
“Joxovurd”: “Seyran Ohanyanın arvadını “mədəni şəkildə” qovublar ERMƏNİ QALMAQALI
Yeni nazir müavini Ruzanna Ohanyanın kabinetində oturur və işə tutuquşu ilə gedir Ermənistanın yeni təyin olunmuş səhiyyə nazirinin müavini Samvel Marqaryan ölkənin sabiq müdafiə naziri Seyran Ohanyanın arvadı Ruzanna Xaçatryanın nazirlikdəki binadakı kabunetində oturub. SİA xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb. Nazirlikdən bildirilib ki, hazırda Xaçatryan məzuniyyətə çıxıb.
Aqil Abbas: “Özlərini “siyasi mühacir” adlandıranlar xaricdə çadırlarda yaşayır”- AÇIQLAMA!
““Siyasi mühacir” adını almaqdan ötrü, ümumiyyətlə, bu ad altında xaricə getmək istəyən adamları başa düşə bilmirəm. Mən onları- radikalları müxalifətçi kimi tanımıram və qəbul etmirəm. Bunlar müxalifətçi adı altında özlərinə müxtəlif qara işlər görən adamlardılar”.
Taleh Bağırovun müavinin istintaqı başa çatır
“Müsəlman Birliyi” təşkilatının sədri Tale Bağırovun müavini Elçin Qasımov və təşkilatın idarə heyətində təmsil olunan 11 nəfərin cinayət işi üzrə ibtidai istintaq yekunlaşmaq üzrədir.
Baş həkim çöpçülərdən danışdı: "Bu, xoşagələn hal deyil”
“XXI əsrdə yaşamağımıza baxmayaraq, bu gün də çöpçülər fəaliyyət göstərir. Çöpçülərin Azərbaycanda bu qədər geniş yayılması xoşagələn hal deyil. Bəzən valideynlər uşaqlarını çöpçüyə apardıqdan sonra onlarda müəyyən ağırlaşmalar yaranır və uşaqları xəstəxanaya gətirirlər”.
Bakıda sosial evlərin tikintisinə başlanılır
Azərbaycanda sosial evlər layihəsinin icrasına artıq başlanılıb.
Bakı-Sumqayıt qatarına biletlər ucuzlaşdı - ŞAD XƏBƏR
Bakı-Sumqayıt qatarına biznes klass üçün biletlərin qiymətində dəyişiklik edilib.
Türkiyə bankı Azərbaycandakı payına qiymət qoydu
Türkiyənin “Ziraat Bank”ı “Azər Türk Bank” ASC-dəki payını təxminən 7 milyon manata sata bilər.
İraq ordusu Mosul şəhərinə hücumları dayandırdı
İraqın hökumət qüvvələri əlverişsiz hava şərti ilə əlaqədar Mosul şəhərinin İŞİD qruplaşmasından azad edilməsi əməliyyatını dayandırıb. Bu barədə İraq ordusunun xüsusi təyinatlı dəstələrinin generalı Heydər Fədil məlumat verib
Nazirlik: "Bədbəxt hadisələr nəticəsində 73 nəfər həyatını itirdi"
"Keçən ilin noyabr ayından özəl sektora aid müəssisələrdə yoxlamaların aparılması iki il müddətinə dayandırıldığından hazırda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən hər hansı səyyar yoxlamalar aparılmır. Həmin müəssisələrdə yalnız vətəndaşların müraciətləri əsasında araşdırmalar aparılır. İstehsalatla əlaqəli bədbəxt hadisələr baş verdikdə də daxil olmuş məlumat əsasında Xidmət tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və təhqiqatı işləri həyata keçirilir".














