Ağstafa rayonunun daha bir yaşayış məntəqəsinə təbii qaz verilib

Noyabrın 2-də Ağstafa rayonunun Qarayazı qəsəbəsinə təbii qazın verilməsi bərpa olunub. “OLAYLAR”-ın xəbərinə görə,  125 abonenti olan qəsəbənin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 13170 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Hazırda Ağstafa rayonunun daha 4 kəndində - Muğanlı, Sadıqlı, Böyük Kəsik və Ağgöl kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə təbii qazın verilişi təmin ediləcək.

Noyabrın 2-də Ağstafa rayonunun Qarayazı qəsəbəsinə təbii qazın verilməsi bərpa olunub. "OLAYLAR"-ın xəbərinə görə,  125 abonenti olan qəsəbənin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 13170 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Hazırda Ağstafa rayonunun daha 4 kəndində - Muğanlı, Sadıqlı, Böyük Kəsik və Ağgöl kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə təbii qazın verilişi təmin ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31