Türkiyə ilə Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişaf edir

Noyabrın 2-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Noyabrın 2-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ilk olaraq diplomatı yeni təyinatı münasibətilə təbrik edib,ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

DGK sədri Aydın Əliyev qardaş ölkənin səfiri ilə görüşdən məmnun olduğunu söyləyərək, ölkəmizin xarici iqtisadi siyasətində Türkiyə Cümhuriyyəti ilə əlaqələrə xüsusi önəm verildiyini, gələcəkdə qarşılıqlı münasibətlərin  daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Aydın Əliyev əlaqələrin daim yüksələn xətlə inkişaf etdiyini qeyd edərək iki ölkə arasında iqtisadi-ticari münasibətlərdən, ticarət dövriyyəsindən, bu istiqamətdə həyata keçirilən tədbirlərdən ətraflı söhbət açıb.

İki qardaş ölkənin gömrük qurumları arasında əlaqələrə gəlincə, A. Əliyev əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib, xüsusilə Azərbaycan Gömrük Xidmətində risklərin idarə olunması ilə bağlı Türkiyə təcrübəsinin öyrənilməsinin  bu sahəyə müsbət təsirindən danışıb, qarşılıqlı təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib.

DGK sədri xarici iqtisadi münasibətlərdə Türkiyənin Azərbaycan üçün xüsusi önəm daşıdığını bildirərək, ümumilikdə qardaş ölkənin respublikamızla iqtisadi əlaqələrdə öncül yerlərdə  qərarlaşdığını məmnunluqla diqqətə çatdırıb. Ölkəmizdə biznes mühitinin,  sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha da səmərəli və şəffaf şəkildə qurulması  istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən Komitə sədri bu islahatların türkiyəli iş adamlarının  çevik, səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğulayıb və umidvar olduğunu bildirib ki, Azərbaycanda yaradılan münbit investisiya mühiti ilə əlaqədar tükiyəli iş adamları ölkəmizə investisiya yatıracaq, konkret olaraq irihəcmli istehsal sahələrinin yaradılmasına öz töhfələrini verəcəklər.

Səmimi qəbula görə təşəkkür edən Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral qardaş ölkədə səfir kimi fəaliyyət göstərməsindən şərəf duyduğunuı bildirib. Ölkələrimiz arasında istər siyasi-iqtisadi, istərsə də mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən türkiyəli diplomat iqtisadi əlaqələrdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib, xüsusilə, türk iş adamlarının gömrüklə bağlı razılıqlarını ifadə etdiklərini, heç bir problemlərinin olmadığını vurğulayıb.

Görüşdə Azərbaycan və Türkiyə gömrük orqanları arasında əməkdaşlığın gələcək perspektivləri barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31