Gündəm

Hüquqpozmalar barədə məlumat vermək asanlaşır

23 Dekabr 2016 14:41

 İqtisadiyyat Nazirliyində korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli şəxs müəyyən edilib. Bu barədə nazirlikdən verilən məlumata görə, "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 14 oktyabr 2016-cı il tarixli Qanununa uyğun olaraq, İqtisadiyyat Nazirliyi üzrə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli struktur bölmə Daxili nəzarət şöbəsi, müvafiq vəzifəli şəxs isə Nazirliyin Aparat rəhbərinin müavini - Daxili nəzarət şöbəsinin müdiri Ayaz Əliyev müəyyən edilib. İqtisadiyyat Nazirliyinin digər struktur bölmələrində də korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli struktur bölmə və müvafiq şəxs müəyyənləşdiriləcəkdir.

Bakıda fotoqrafların sərgisi olacaq

23 Dekabr 2016 14:38

Dekabrın 24-də Bakı Xətai Sənət Mərkəzində tanınmış fotoqrafların fotolarından ibarət sərgi açılacaq.

İran “sülh göyərçini” rolunda

23 Dekabr 2016 14:37

İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin bu günlərdə reallaşdırdığı Ermənistan səfəri və səfər zamanı İrəvanda söylədiyi bəzi fikirlər fikirlər müzakirə predmeti olaraq qalmaqdadır. Xüsusilə, Ruhaninin İrəvanda dost-qardaş dediyi işğalçı ölkə prezidenti Serj Sərkisyanla keçirdiyi görüşdə söylədiyi fikirlər sırasında Dağlıq Qarabağ problemi ilə bağlı dediyi sözlər diqqət çəkicidir. Belə ki, İslam Respublikasının prezidenti də Azərbaycanın daxili işlərinə müdaxilə etmək ənənəsinə sadiq qalaraq Dağlıq Qarabağ probleminin hərbi yolla həllinin mümkünsüz olduğunu bildirib. Ruhani ölkəsini sanki sülh göyərçini kimi təqdim edərək qeyd edib ki, Tehran hər zaman sülh tərəfdarı olub. Həsən Ruhaninin İrəvanda Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi fikirlər öz-özlüyündə bir neçə məqama toxunmağı zəruri edib.

Strateji yol xəritələrində yeni çağırışlar və qarşıda duran vəzifələr nəzərə alınıb

23 Dekabr 2016 14:34

Qloballaşan dünyada baş verən iqtisadi təlatümlər Azərbaycanda yeni sosial-iqtisadi inkişaf strategiyasının müəyyən edilməsini labüd edir. Burada başlıca məqsədi müasir çağırışlar fonunda Azərbaycanın davamlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltməkdir. Etiraf edilməlidir ki, ölkədə həyata keçirilən iqtisadi tədbirlər nəticəsində artıq qarşıya qoyulan hədəfə nail olmaq mümkün olub. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev bildirib ki, praqmatik siyasətçi olan Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində son 13 ildə Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb.

Ermənilər Azərbaycan folklor nümunələrini necə oğurlayırlar?

23 Dekabr 2016 14:31

Azərbaycanın maddi və mədəni nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi faktı əsirlərlədir ki, davam etməkdədir. Bir çox qeyri-maddi mədəniyyət nümunələrinin Azərbaycana məxsus olması barədə erməni mənbələrində məlumat olmasına baxmayaraq, erməni ziyalıları onların məhz öz xalqlarına məxsus olmasını sübut etməkdən ötrü dəridən-qabıqdan çıxırlar. Hətta Azərbaycanın qeyri-maddi mədəniyyət nümunələrini özünküləşdirmək məqsədilə həyasızcasına beynəlxalq təşkilatlara müraciət etməkdən belə çəkinmirlər.

Rusiyada "Boyarışnik işi"nə görə 5 azərbaycanlı sahibkar saxlanılıb - YENİLƏNİB

23 Dekabr 2016 14:28

İrkutsk şəhərinin Lenin rayon məhkəməsinin qərarına əsasən, "Boyarışnik" spirt tərkibli mayesinin saxta yolla hazırlanması və kütləvi zəhərlənmə faktları ilə bağlı 13 şübhəli şəxsdən 6-sı ev dustaqlığına məhkum edilib.

Generalı yatdığı yerdə öldürdülər

23 Dekabr 2016 14:27

Afrika qitəsinin qərbində yerləşən Syerra-Leone dövlətinin sabiq qərargah rəisi evində ölü halda tapılıb. Milli.Az "gazetevatan"a istinadla bildirir ki, general Samuel Ömer Villiamsa sui-qəsd təşkil edilib. İlkin məlumata görə, qatil onu yataq otağındaykən öldürüb.

Dövlət başçısından vətəndaşlara dəstək

23 Dekabr 2016 14:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla reallaşdırdığı sürətli inkişaf strategiyası nəticəsində dayanıqlı makroiqtisadi sabitlik və davamlı iqtisadi artım təmin olunub, ölkəmizdə əhalinin rifah halının yüksəldilməsi və güclü sosial müdafiə sisteminin qurulması sahəsində əsaslı uğurlar qazanılıb. Bir çox ölkələrin iqtisadi böhran yaşadığı hazırkı dönəmdə Azərbaycan iqtisadiyyatı sabit addımlarla irəliləyir ki, bu da sosial proqramların uğurla reallaşdırılmasına təminat verir. Reallıq ondan ibarətdir ki, Azərbaycanda iqtisadi sferada inkişafın özünü qabarıq göstərən ən önəmli cəhətlərindən biri sosialyönümlülük faktorunun daim ön planda olmasıdır.

Sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq

23 Dekabr 2016 14:15

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2017-ci il ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.

Daha 70 məktəbdə “Məktəb icmaları” yaradılır

23 Dekabr 2016 14:14

“Məktəb icmaları” layihəsinə yeni qoşulan paytaxtdakı ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Bakı şəhərindəki 147 nömrəli Texniki-Humanitar Liseydə keçirilən görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, “Məktəb icmaları” layihəsinin əməkdaşları, layihəyə yeni qoşulan 70 ümumi təhsil məktəbinin direktoru və valideynlər iştirak ediblər.

VYaponiyada Azərbaycanla bağlı tədbir

23 Dekabr 2016 14:13

Dekabr ayının 21-22-də Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının, Yaponiyanın “Sərhədləri Ötənlər” iş adamları klubunun və HİS şirkətinin birgə təşəbbüsü və təşkilatçılığı sayəsində Yaponiyanın Hokkaydo adasının Şiretoko yarımadasının Şari şəhərinə yaponiyalı iş adamlarının səfəri baş tutub. “OLAYLAR”-ın xəbərinə görə, səfərin iştirakçısı Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyanın yaradıcısı və prezidenti Əlibəy Məmmədov bildirib ki, səfərdə əsas məqsəd 2017-ci ilin İyul ayının 1-3-də baş tutacaq Azərbaycanla bağlı möhtəşəm tədbirə hazırlıq görməkdir.

Yeni hərbi şəhərcik istifadəyə verilib

23 Dekabr 2016 14:12

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən yeni tikilən növbəti hərbi kompleksin açılışı olub. “OLAYLAR”-ın xəbərinə görə, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi şəhərciyin ərazisindəki qərargah, döyüş texnikası saxlancları, əsgər yataqxanaları, yeməkxana, qazanxana-camaşırxana kompleksi, ərzaq anbarı, tibb məntəqəsi, sıra meydanı və digər obyektlər ilə tanış olub. Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edərək Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq əldə edilən uğurlardan danışıb, döyüş və mənəvi-psixoloji hazırlığın daha da artırılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb. Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib. Nazir hərbi hissədə çalışan mülki işçilərlə görüşərək şəxsi heyətin təminatı ilə bağlı müvafiq göstəriş və tövsiyələrini verib.

Axtarışda olan şəxs tutulub

23 Dekabr 2016 14:10

Axtarışda olan Tərtər sakini həbs olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Baş Cinayət Axtarışı İdarəsi və Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olan Səxavət Orucov tutulub.

Həmkəndlisini bıçaqlayan saxlanıb

23 Dekabr 2016 14:09

Tərtər rayonunda bıçaqlama hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 22-də İsmayılbəyli kəndi ərazisində kənd sakini Anar Bəylərova bıçaqla xəsarət yetirilib. Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ona xuliqanlıq zəminində bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən həmkəndlisi Yediyar Səmədov tutulub.

Zərdabda orta məktəb yanıb

23 Dekabr 2016 14:08

Zərdabda yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Zərdab rayonu, Təzəkənd kəndində ümumi sahəsi 410 m2 olan birmərtəbəli orta məktəbin sinif otağı və çardağının yanar konstruksiyaları 24 m2 sahədə yanıb. Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.