Gündəm

Qətlin üstü 2 aydan sonra açıldı

23 Dekabr 2016 14:06

Tərtərdə iki ay əvvəl qətl törədən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Baş Cinayət Axtarışı İdarəsi və Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olan Səxavət Orucov tutulub.

Azərbaycan vətəndaşları əmin ola bilər ki, ölkə başçısı istənilən zaman onların yanındadır

23 Dekabr 2016 14:05

“Ölkə başçısı İlham Əliyevin müvafiq tapşırığı əsasında Tarif Şurasının elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limit artırılması ilə bağlı qərar bir daha sübut etdi ki, Azərbaycan Prezidentinin daxili siyasətində əhalinin sosial müdafiəsi, sosial siyasət prioritet istiqamətdir və dövlət rəhbəri istənilən qərarı, fərmanı və göstərişində birinci növbədə Azərbaycan xalqının maraqlarını nəzər alır”.

"Uşaq hüquqları: inkişaf və perspektivlər" mövzusunda tədbir keçirilib

23 Dekabr 2016 14:02

Dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş "Uşaq hüquqları: inkişaf və perspektivlər" mövzusunda tədbir keçirilib. Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Berlində Yeni il yarmarkasını qana boyayan terrorçu öldürüldü

23 Dekabr 2016 14:01

Ötən həftə sonu Berlində ənənəvi Yeni il yarmarkasına qaçırdığı TIR-la hücum edib adamları tapdalayan və azı 12 nəfəri öldürən terrorçu İtaliyanın Milan şəhərində öldürülüb.

Əfqanıstanda "Taliban"ın əsas komandirlərindən biri məhv edilib

23 Dekabr 2016 14:00

Əfqanıstan Təhlükəsizlik qüvvələri ölkənin şimal-şərqində yerləşən Bağlan əyalətində "Taliban" radikal hərəkatının əsas komandirlərindən birini məhv edib. Bu barədə report "RİA Novosti"yə istinadən xəbər verir.  "Kəşfiyyat məlumatları əsasında hərəkət edərək, təhlükəsizlik qüvvələri bu gün səhər saatlarında Bağlan əyalətində pusqu qurub, nəticədə "Taliban"ın mühüm komandirlərindən biri Molla Sibqatulla öldürülüb, onun adamları qaçmağa müvəffəq olublar", - Əfqanıstan təhlükəsizlik qüvvələrinin nümayəndəsi bildirib.  Məlumata əsasən, Sibqatulla bir neçə il ərzində  Bağlan əyalətində terror fəaliyyətinin təşkil olunmasında iştirak edib. Report.az

Dumanlı hava gözlənilir

23 Dekabr 2016 13:56

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına  görə:

Azərbaycanlı qızlar ən çox hansı ölkənin kişiləri ilə ailə qurur?

23 Dekabr 2016 13:48

2016-cı il ərzində Azərbaycan Respublikasının rayon (şəhər) qeydiyyat şöbələri və nikah evlərində ölkə vətəndaşları ilə əcnəbilər arasında 2042 nikah qeydə alınıb. Bu haqda Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsindən bildirilib.

Türkiyədən qaçan FETÖ-çülər Ermənistana sığınırlar

23 Dekabr 2016 13:47

Türkiyədə çevriliş cəhdindən sonra FETÖ-çülər bir çox ölkələrə qaçmağa cəhd ediblər. Qafqazinfo xəbər verir ki, çevriliş cəhdindən sonra bu günədək ölkədən qaçmaq istəyən 2 min 600 yaşıl pasport sahibi FETÖ-çü hava limanlarındakı yoxlamalarda saxlanılıb. Hüquq-mühafizə orqanları bildirir ki, təşkilat üzvləri ən çox ABŞ, Almaniya və İsveçə qaçmağa cəhd ediblər.

Maraqlı qüvvələr çirkin maraqları üçün donor fəaliyyətindən sui-istifadə edirlər

23 Dekabr 2016 13:40

Azərbaycan Prezidenti xarici donorların qrant verməsi ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncama əsasən, yanvarın 1-dən vahid pəncərə sistemi çərçivəsində yeni qaydalar təsdiq olunmalıdır. Həmin qaydalara əsasən donorlar yalnız bir dövlət qurumuna, Ədliyyə Nazirliyinə müraciət etməklə paket sənəd əldə edəcəklər".

Diqqətli olmalıyıq, Azərbaycanı qarışdırmaq istəyən qüvvələr var

23 Dekabr 2016 13:38

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə bağlı versiyaların sayı getdikcə artır. Həm Rusiyanın, həm də Türkiyənın siyasi ekspertlərinin və siyasətçilərinin rəylərində üst-üstə düşən başlıca məqam ondan ibarətdir ki, terroru planlaşdıranların məqsədi Türkiyə-Rusiya münasibətlərini yenidən gərginləşdirmək idi.

Aydın Əliyev vətəndaşları qəbul edəcək

23 Dekabr 2016 13:26

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev dekabrın 29-da saat 11:00-da Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 90) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Putinin illik mətbuat konfransı başladı - CANLI YAYIM

23 Dekabr 2016 13:23

Rusiya prezidenti Vladimir Putinin ənənəvi böyük mətbuat konfransı başlayıb. 12-ci dəfə keçirilən mətbuat konfransında iştirak etmək üçün rekord sayda - 1437 jurnalist qeydiyyatdan keçib.

Qızıl-zinət əşyalarının ölkədən çıxarılmasının qarşısı alınıb

23 Dekabr 2016 13:20

Külli miqdarda qızıl-zinət əşyalarının ölkədən qanunsuz çıxarılmasına cəhdin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl-zinət əşyalarının ölkədən qanunsuz çıxarılmasına cəhdin qarşısını alıblar.

Afrikalı uşaqlardan türk aktrisaya çağırış

23 Dekabr 2016 13:18

Aktrisa Qamze Özçelik onun üçün dua edən afrikalı uşaqların fotosunu sosial şəbəkə hesabında paylaşıb. Aktrisa hisslərini bu sözlərlə ifadə edib: "Oğlumdan sonra həyatımın ən böyük hədiyyəsini aldım. Sudanın Darfur şəhərində hər cür kasıblıqla, vətəndaş müharibəsi ilə yaşayan yetim körpələrin adımı çağıraraq, əllərini açaraq göy üzünə "Amin" dedikləri video və fotolar göndərilib... Ümid edirəm, əlimizdən gəldiyi qədər gözəl şeylər etməyə çalışacağıq".

Nazir məktəblərlə bağlı əmr verdi

23 Dekabr 2016 13:16

Ümumtəhsil məktəblərinin 2016/2017-ci dərs ilinə aid tədris planlarında qismən dəyişiklik ediləcək.  Bu dəyişikliklər təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, 2016/2017-ci dərs ilinin ikinci yarım ilindən həyata keçiriləcək.