Əfqanıstanda "Taliban"ın əsas komandirlərindən biri məhv edilib

Əfqanıstan Təhlükəsizlik qüvvələri ölkənin şimal-şərqində yerləşən Bağlan əyalətində "Taliban" radikal hərəkatının əsas komandirlərindən birini məhv edib. Bu barədə report "RİA Novosti"yə istinadən xəbər verir.  "Kəşfiyyat məlumatları əsasında hərəkət edərək, təhlükəsizlik qüvvələri bu gün səhər saatlarında Bağlan əyalətində pusqu qurub, nəticədə "Taliban"ın mühüm komandirlərindən biri Molla Sibqatulla öldürülüb, onun adamları qaçmağa müvəffəq olublar", - Əfqanıstan təhlükəsizlik qüvvələrinin nümayəndəsi bildirib.  Məlumata əsasən, Sibqatulla bir neçə il ərzində  Bağlan əyalətində terror fəaliyyətinin təşkil olunmasında iştirak edib. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31