Türkiyədən qaçan FETÖ-çülər Ermənistana sığınırlar

Türkiyədə çevriliş cəhdindən sonra FETÖ-çülər bir çox ölkələrə qaçmağa cəhd ediblər. Qafqazinfo xəbər verir ki, çevriliş cəhdindən sonra bu günədək ölkədən qaçmaq istəyən 2 min 600 yaşıl pasport sahibi FETÖ-çü hava limanlarındakı yoxlamalarda saxlanılıb. Hüquq-mühafizə orqanları bildirir ki, təşkilat üzvləri ən çox ABŞ, Almaniya və İsveçə qaçmağa cəhd ediblər.

Türkiyədə çevriliş cəhdindən sonra FETÖ-çülər bir çox ölkələrə qaçmağa cəhd ediblər.

Qafqazinfo xəbər verir ki, çevriliş cəhdindən sonra bu günədək ölkədən qaçmaq istəyən 2 min 600 yaşıl pasport sahibi FETÖ-çü hava limanlarındakı yoxlamalarda saxlanılıb. Hüquq-mühafizə orqanları bildirir ki, təşkilat üzvləri ən çox ABŞ, Almaniya və İsveçə qaçmağa cəhd ediblər.

Bir çox fərarinin isə ölkədən qaçmaq üçün Şimali Kipr və Gürcüstana üz tutduğu deyilir. Belə ki, Türkiyədən qaçanların bir hissəsinin Şimali Kiprdən yunan torpaqlarına, bir qisminin isə Gürcüstandan Ermənistana keçdiyi müəyyənləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31