Gündəm

Azərbaycan prezidenti ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - YENİLƏNİB

23 Dekabr 2016 13:13

Milli Olimpiya Komitəsində 2016-cı ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Məlumata görə, Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidentiİlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı tədbirdə çıxış edib.

İŞİD Rusiya diplomatlarının “ölüm siyahı”nı hazırlayıb – ŞOK İDDİA

23 Dekabr 2016 13:10

Rusiya Federasiya Şurasının vitse-spikeri İlyas Umaxanov xarici ölkələrdə fəaliyyət göstərən diplomatik əməkdaşların təhlükəsizliyini gücləndirməyə çağırıb.

İstanbulda İŞİD əməliyyatı

23 Dekabr 2016 13:03

Bu gün Türkiyənin İstanbul şəhərində Terrora qarşı Mübarizə idarəsi İŞİD -ə  qarşı əməliyyat həyata keçirib. Aparılan əməliyyatlar zamanı 31 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Prezidentin siyasəti sayəsində ölkəmiz böyük uğurlar qazanıb

23 Dekabr 2016 13:00

“Yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş, çevik və qətiyyətli, uzaqgörən daxili və xarici siyasəti sayəsində ölkəmiz böyük uğurlar qazanıb”. Bunu millət vəkili Tahir Rzayev deyib.

Şahid: "Şirkətdə Milli Təhlükəsizlik Nazirliyinin avadanlıqları var idi"

23 Dekabr 2016 12:58

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Azərbaycanın "qara siyahısı"na düşən Aseldarov kimdir? - YENİLƏNİB

23 Dekabr 2016 12:56

Lent.az-ın Rusiya Federal Təhqiqatlar Xidmətinin rəsmi saytına (http://www.fsb.ru/fsb/press/message/single.htm%21id%3D10438044%40fsbMessage.html) istinadən məlumatına görə, terrorçu dekabrın 3-də Rusiya hüquq-mühafizə orqanları tərəfindən Dağıstanda həyata keçirilən anti-terror əməliyyatı zamanı öldürülüb.

Rusiya azərbaycanlı milyarderə xəbərdarlıq etdi

23 Dekabr 2016 12:54

Rusiya Federal Antiinhisar Xidməti "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərova xəbərdarlıq edib. Qurum onun avtomobil yanacağının qiymətinin artacağı ilə bağlı açıqlamasına etiraz edib. Federal Xidmətin məlumatına görə, dekabrın 13-də verdiyi müsahibə zamanı Vahid Ələkbərov benzin qiymətlərinin bahalaşmasının daxili bazarda tələblə təklif arasında balansı pozacağını demişdi. Modern.az

Ohanyan Sarksiyanla görüşmək istəmir

23 Dekabr 2016 12:52

Sabiq müdafiə naziri Seyran Ohanyanın seçkilərdə iştirak etmək niyyətində olması haqda bəyanatından sonra Ermənistan prezidenti Serj Sarkisyan onunla görüşmək istəyib. Bu barədə "Aykakan Jamanak" məlumat yayıb. "Ermənistanın Prezidenti Aparatının rəhbəri bir neçə dəfə sabiq nazirlə əlaqə saxlamaq istəyib. Sonda aparat rəhbəri Armen Qevorkyan onunla danışa bilsə də, Ohanyan prezidentlə görüşdən imtina edib", - deyə nəşr yazıb. 

Sürüşmə sahələrində gərginlik artıb, 6 rayonda təsərrüfatlara, yollara və evlərə ciddi ziyan dəyib

23 Dekabr 2016 12:48

"Payız aylarının həddən artıq rütubətli keçməsi nəticəsində ölkə ərazisində mövcud olan sürüşmə təhlükəli zonalarda vəziyyət gərgin olaraq qalmaqdadır". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Ev tikmək istəyənlərin nəzərinə

23 Dekabr 2016 12:44

Öz evini sökmək, təmir etmək istəyirsən, ancaq istəmədən qonşunun evinə də ziyan verirsən. Çünki Bakıdakı əksər həyət evləri bir-birinə çox bitişik tikilib.  Oxu.az xəbər verir ki, xoşagəlməz hadisə baş verəndə hər 2 mənzilə də ziyan dəyir. Üstəlik, normalara uyğun tikilməyən belə evlərin sonradan sәnәdlәşdirilmәsi də mümkün deyil.

Ekspert: Azərbaycanla əməkdaşlıq İsrail siyasətinin əsas məqsədlərindəndir

23 Dekabr 2016 12:35

Azərbaycanla əməkdaşlıq İsrail xarici siyasətinin əsas məqsədlərindəndir. Məlumata görə, bu fikirlər İsrailin “Mitvim” regional xarici siyasət İnstitutunun idarə heyətinin üzvü, Yerusəlimdə Yəhudi Universitetinin İslam və Yaxın Şərq tədqiqatları kafedrasının müəllimi, professor Eli Podexin ynetnews.com saytında dərc olunan məqaləsində bildirilib.

İşıq pulunu 11 qəpikdən ödəyənlərin parası NECƏ OLACAQ?

23 Dekabr 2016 12:32

Tarif Şurasının 22 dekabr tarixli iclasında elektrik və təbii qazın qiymətinin diferensiallaşdırılması barədə qərarına düzəlişlər edildi. Əhali üzrə tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırıldı. Yeni qərar dekabrın 1-dən qüvvəyə minib.

Moskvada azərbaycanlı ata və oğul yandırılıb

23 Dekabr 2016 12:29

Moskvada azərbaycanlı ata və oğul içki məclisində dostları tərəfindən yandırılıb. Məlumata görə, hadisə dekabrın 15-də baş verib. Azərbaycanlı 27 yaşlı oğul və 48 yaşlı ata , həmçinin 27 yaşlı yerli sakin dostları ilə içki məclisində olarkən aralarında mübahisə düşüb və həmin şəxs onların üstünə tez alışan maye tökərək hər üçünü yandırıb. Zərərçəkmişlər 50-60 faiz yanğın xəsarəti ilə xəstəxanaya çatdırılıblar. 48 yaşlı azərbaycanlı dekabrın 19-da ölüb. Faktla bağlı cinayət işi açılıb. Cinayətkarın tutulması istiqamətində iş aparılır. 

Dollar ucuzlaşır, birja iştirakçıları növbəti ili gözləyir

23 Dekabr 2016 12:27

ABŞ dollarının indeksi 0,11% zəifləyərək 102,98 bənd səviyyəsində qərarlaşıb ki, bu da həftəlik minimum olan 103,65 bəndə yaxındır.

Rus səfiri öldürən şəxsin ailəsi övladlarının cənazəsindən İMTİNA ETDİ

23 Dekabr 2016 12:22

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətliylə bağlı istintaqla əlaqədar hadisə gecəsindən bu yana nəzarətdə olan Mevlüt Mert Altıntaşın ailə üzvlərindən 6 nəfərin ötən gün gecə yarısı sərbəst buraxıldıqları haqda məlumat vermişdik.