Gündəm

Kəlbəcər girovu ailəsinə məktub yazmaqdan imtina etdi?

23 Dekabr 2016 12:20

Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Şahbaz Quliyev ailəsinə məktub yazmaqdan imtina edib.

Ruhani İrəvanda: İran-Ermənistan münasibətlərində yeni mərhələ?

23 Dekabr 2016 12:17

İranın dövlət başçısı Həsən Ruhaninin Ermənistana səfəri ilə bağlı müxtəlif təhlillər aparılır. Erməni mətbuatı əldə edilən razılaşmalardan pafoslu şəkildə yazır. Ancaq bütövlükdə dərc edilən yazılara təhlili yanaşdıqda, burada qərəzliliyin olduğunu da görmək mümkündür.

Səfirin qatili sonuncu dəfə kiminlə danışıb? son sözü

23 Dekabr 2016 12:16

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu öldürən qatil Mert Altıntaşla bağlı araşdırmalar davam edir. Dünən qatilin anası və atası polisə ifadə veriblər. Onlar ifadə verdikdən sonra sərbəst buraxılıblar. Mertin anasının verdiyi ifadəyə görə, oğlu sonuncu dəfə saat 16:30-da ona zəng edib.

Almaniyada terror aktı törətməyə hazırlaşan iki qardaş tutulub

23 Dekabr 2016 12:10

Almaniyada terror aktı törətməyə hazırlaşan iki nəfər saxlanılıb. Əməliyyat Duyzburq şəhərində keçirilib. Bildirilir ki, saxlanılan şəxslər əslən Kosovadan olan iki qardaşdır. Hüquq-mühafizə orqanların qənaətinə görə, onlar Oberhauzen şəhərində terror aktı həyata keçirmək niyyətində olublar.

Türkiyədə parlament spikerinin müavini sərbəst buraxıldı - YENİLƏNİB

23 Dekabr 2016 12:10

Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Pərvin Buldan İstanbulun Bakırköy Məhkəməsində ifadə verdikdən sonra sərbəst buraxılıb.  "Report" xəbər verir ki, bu haqda "Habertürk" məlumat yayıb.

Ermənistanda əlillər etiraza qalxdılar

23 Dekabr 2016 12:01

Ermənistanda baş nazir dəyişsə də, hələ də əlil pilotların hüquqları bərpa edilməyib. Təxminən 10 ildir ki, əlil erməni pilotlar hökumət binasının qarşısında etiraz aksiyaları keçirirlər. Yaşlı əlillər dünən Sarkisyan hakimiyyətinə qarşı etirazlarını bildiriblər. Onlar deyiblər ki, hökumət onların pozulmuş hüquqlarını bərpa etmir. "Ermənistan Aviasiyası"nın sabiq pilotları iş prosesində əlil olduqlarına görə kompensasiya tələb ediblər. Şirkətin ləğv edilməsindən sonra bu məbləğ dondurulub.  Keçirilən etiraz zamanı keçmiş pilotlar hakimiyyətin bu məsələdə məsuliyyət daşıdığını və onlara kompensasiya verilməli olduğunu bildiriblər. Azvision.az

Xırdalanda yaşayış binası yanıb

23 Dekabr 2016 11:59

Xırdalan şəhərində yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsindən 12-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 12 p.m yanıb. Hadisə zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 08:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oqtay Əsədov: “Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır”

23 Dekabr 2016 11:57

Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Quş qripindən iki nəfər həyatını itirib

23 Dekabr 2016 11:55

Çinin Anhoy əyalətində son iki həftə ərzində H7N9 quş qripindən iki nəfər həyatını itirib. Bu barədə  RİA Novosti agentliyi məlumat verir.

Rusiyada 62 dərəcə şaxta qeydə alındı

23 Dekabr 2016 11:53

Rusiyanın Xantı-Mansiysk bölgəsində 62 dərəcə şaxta qeydə alınıb. Bu barədə regionun ictimai və xarici əlaqələr departamentinin rəhbəri Yelena Şumakova bildirib.

Dəhşətli faciənin qarşısı alındı - Vağzalı partladacaqdılar

23 Dekabr 2016 11:51

Avstraliya polisi Melburnda bayram günlərində terror aktları hazırlamaqda şübhəli bilinən 7 nəfəri həbs edib. Xüsusi təyinatlı polis dəstəsinin əməkdaşları Melburnun şimalında bir neçə evə baxış keçirdikdən sonra şübhəliləri həbs ediblər.

Ebru Gündeş azərbaycanlı milyarderdən boşanmayacaq

23 Dekabr 2016 11:50

Müğənni Ebru Gündeş 9 aydır Amerikada həbsdə olan milyarder əri Rza Zərrabdan ayrılmaqdan vaz keçib. Ebru Gündeşlə əslən cənubi azərbaycanlı olan Rza Zərrabın son 1 aydır ki, həftədə bir gün həbsxanadan telefonla danışdığı məlum olub. Xatırladaq ki, Ebru Gündeş mart ayında Amerikada həbs olunan əri Rza Zərrabdan boşanacağını elan etmişdi. Bu açıqlamanın üstündən 3 ay keçməsinə baxmayaraq, cütlük hələ də boşanmayıb.

Beren Saatla Kənan Doğulu silahlı

23 Dekabr 2016 11:46

Kənan Doğulu ilə Beren Saat iki silahlı qrupun hücumuna məruz qalıb. Kənan Doğulu və Beren Saat restoranın çıxışında iki silahlı iki qrupun arasında qalıb. Belə ki, çıxışda avtomobillərini gözləyən məşhur cütlük iki silahlı qrupun bir-birinə atəş açmasını görəndə şok keçirib və sürətlə restorana qayıtmalı olub.

ABŞ-a növbəti zərbə: Nazarbayevin təklifi qəbul edildi

23 Dekabr 2016 11:42

Gələn ay Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqlar başlayacaq. Bu haqda Rusiya xarici işlər nazirinin köməkçisi Gennadi Qatilov bildirib. Danışıqlarda Rusiya, Türkiyə və İran iştirak edəcək.

Oğul 37 yaşlı anasını niyə öldürdü? - Dəhşətli iddialar

23 Dekabr 2016 11:41

Dekabrın 18-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşadığı yataqxanada oğlu tərəfindən qətlə yetirilən 1979-cu il təvəllüdlü Qurbanova Mədinə Nurəddin qızının valideynləri hadisəylə bağlı yeni iddialar səsləndiriblər.