ABŞ-a növbəti zərbə: Nazarbayevin təklifi qəbul edildi

Gələn ay Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqlar başlayacaq. Bu haqda Rusiya xarici işlər nazirinin köməkçisi Gennadi Qatilov bildirib. Danışıqlarda Rusiya, Türkiyə və İran iştirak edəcək.

Qeyd edək ki, Qazaxıstanın prezidenti Nazarbayev Suriya üzrə danışıqların Astanada keçirilməsini təklif edib. Nazarbayev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinlə də Suriya üzrə görüşün Astanada keçirilməsinin mümkünlüyünü müzakirə edib.

Astanada keçiriləcək yeni danışıqlar prosesi Cenevrə danışıqlarını tamamlaya bilər. Danışıqların Suriyada davam etdirilməsi ABŞ başqa olmaqla Qərbin prosesdən kənarlaşdırılması istiqamətində ikinci addım hesab oluna bilər. İlk addım isə İran, Türkiyə və Rusiya arasında dekabrın 20-də Moskvada keçirilən üçtərəfli danışıqlar idi. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31