Moskvada azərbaycanlı ata və oğul yandırılıb

Moskvada azərbaycanlı ata və oğul içki məclisində dostları tərəfindən yandırılıb. Məlumata görə, hadisə dekabrın 15-də baş verib. Azərbaycanlı 27 yaşlı oğul və 48 yaşlı ata , həmçinin 27 yaşlı yerli sakin dostları ilə içki məclisində olarkən aralarında mübahisə düşüb və həmin şəxs onların üstünə tez alışan maye tökərək hər üçünü yandırıb. Zərərçəkmişlər 50-60 faiz yanğın xəsarəti ilə xəstəxanaya çatdırılıblar. 48 yaşlı azərbaycanlı dekabrın 19-da ölüb. Faktla bağlı cinayət işi açılıb. Cinayətkarın tutulması istiqamətində iş aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31