Bakıda fotoqrafların sərgisi olacaq
Dekabrın 24-də Bakı Xətai Sənət Mərkəzində tanınmış fotoqrafların fotolarından ibarət sərgi açılacaq.
23 Dekabr 2016 14:38 MədəniyyətDekabrın 24-də Bakı Xətai Sənət Mərkəzində tanınmış fotoqrafların fotolarından ibarət sərgi açılacaq.
Fotosərgi Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək. Sərginin keçirilməsində məqsəd Azərbaycanın mənzərələrini, mədəniyyətini, tarixini və istedadlı gənclərini əcnəbi dövlətlərdə tanıtmaqdı. Layihənin rəhbəri gənc fotoqraf Rüstəm İsmayılovdu. Sərgi dövlət müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunacaq.
Sözügedən layihə Norveçin Oslo şəhərində də keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31