Strateji yol xəritələrində yeni çağırışlar və qarşıda duran vəzifələr nəzərə alınıb

Qloballaşan dünyada baş verən iqtisadi təlatümlər Azərbaycanda yeni sosial-iqtisadi inkişaf strategiyasının müəyyən edilməsini labüd edir. Burada başlıca məqsədi müasir çağırışlar fonunda Azərbaycanın davamlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltməkdir. Etiraf edilməlidir ki, ölkədə həyata keçirilən iqtisadi tədbirlər nəticəsində artıq qarşıya qoyulan hədəfə nail olmaq mümkün olub. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev bildirib ki, praqmatik siyasətçi olan Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində son 13 ildə Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb.

Ağalar Vəliyev: "Sənəd ölkənin iqtisadi sektorunda həyata keçirilən islahatların ardıcıllığı nəzərə alınmaqla hazırlanıb"
 

Qloballaşan dünyada baş verən iqtisadi təlatümlər Azərbaycanda yeni sosial-iqtisadi inkişaf strategiyasının müəyyən edilməsini labüd edir. Burada başlıca məqsədi müasir çağırışlar fonunda Azərbaycanın davamlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltməkdir. Etiraf edilməlidir ki, ölkədə həyata keçirilən iqtisadi tədbirlər nəticəsində artıq qarşıya qoyulan hədəfə nail olmaq mümkün olub. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev bildirib ki, praqmatik siyasətçi olan Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində son 13 ildə Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb. Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan ötən müddətdə ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Ölkədə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb. Bəhs olunan dövrdə neft gəlirləri hesabına ölkənin maliyyə imkanlarının genişlənməsi fonunda aktiv şəkildə əsas kapitala kifayət qədər irihəcmli investisiyalar yönəldilib. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində ölkəmiz sosial və iqtisadi infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında diqqətəlayiq uğurlara imza atıb. Həmçinin 2004-cü ildən start verilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bölgələrin də tarazlı şəkildə inkişaf etməsi və iqtisadi güc amilinə çevrilməsi ölkənin potensialının artmasına güclü impuls verib. 2004-2015-ci illər ərzində Azərbaycanda orta hesabla 10,6 faiz iqtisadi artım müşahidə edilib ki, bu da bütün dünya üzrə ən yüksək göstəricilərdəndir. Bu müddətdə respublikamızda ÜDM-in həcmində 6,5 dəfə artım olmuşdur ki, bunun da sayəsində Azərbaycan dünya ölkələri arasında 134-cü yerdən 79-cu pilləyə yüksəlib: "Yeni neft strategiyasının uğurla reallaşdırılması ilə respublikamız öz imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib və hər cəhətdən güclü dövlətə çevrilib. Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxunu özündə birləşdirən Azərbaycan regionda mühüm siyasi və iqtisadi əməkdaşlıq platformalarının yaradılmasının əsas təşəbbüskarı rolunda çıxış edir. Respublikamızın fəal iştirakı ilə həyata keçirilən enerji, infrastruktur və digər layihələr bütövlükdə regionun inkişafında mühüm rol oynayır. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən nüfuzlu bir ölkəyə çevrilib. Azərbaycanın fəal təşəbbüslər irəli sürdüyü və hər cür dəstək verdiyi enerji layihələri ölkəmizin region və Avropa İttifaqı məkanı üçün önəmini artıran faktorlar qismində çıxış edir.Ümumiyyətlə, çox doğru olaraq Azərbaycan iqtisadiyyatı inklüziv iqtisadiyyat kimi səciyyələndirilir. Başqa sözlə desək, Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq ölkəmizdə güclü iqtisadi inkişaf dərinməzmunlu sosial siyasətlə tamamlanır. Bütün ölkəboyu təhsil, səhiyyə infrastrukturunun ən yüksək standartlar səviyyəsində yenidən qurulması, paytaxtda və bölgələrdə müasir idman obyektlərinin istifadəyə verilməsi, əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilən tədbirlərin miqyasının ilbəil genişləndirilməsi Azərbaycanın sosial dövlət kimi mənzərəsini göz önündə canlandırır. Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifə ondan ibarətdir ki, respublikamızda sosial sahədə vəziyyət dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə yüksəldilməlidir. Məmnunluq hissi ilə vurğulamaq yerinə düşər ki, respublikamızda dinamik iqtisadi artım hesabına yoxsulluq səviyyəsi 2004-cü ildəki 40,2 faizdən hazırda 4,9 faizə enib. Respublikamızda işsizlik də təxminən bu səviyyədək aşağı salınıb". Onun sözlərinə görə, yaranmış yeni çağırışlar baxımından Prezident İlham Əliyevin bu günlərdə imzaladığı "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" müvafiq Fərmanı böyük aktuallıq daşıyır. Fərmanla nəzərdə tutulan tədbirlər ölkədə investisiya və rəqabət mühitini daha da yaxşılaşdırmaqla iqtisadi aktivliyin artmasına müsbət təsir göstərəcək. Müəyyənləşdirilən yeni hədəflər Azərbaycanın yaxın, orta və uzunmüddətli perspektivdə inamlı inkişafını təmin edəcək. Fərmanda qeyd edildiyi kimi, dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir. Milli iqtisadiyyat və onun 11 sektoru üzrə strateji yol xəritələri müəyyənləşdirilərkən indiki dövrdə meydana çıxan yeni çağırışlar və qarşıda duran prioritet vəzifələr nəzərə alınıb: "Strateji yol xəritələri ölkənin iqtisadi sektorunda həyata keçirilən islahatların ardıcıllığı nəzərə alınmaqla hazırlanıb. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2016-cı il 16 mart tarixli müvafiq Sərəncamı ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" təsdiq edilib. Ötən dövrdə həmin istiqamətlərə müvafiq olaraq inkişaf planlarının işlənilməsini təmin etmək üçün yaradılan İşçi qrupu tərəfindən milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin layihələri hazırlanıb. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Dövlət başçısının müvafiq Fərmanı ilə milli iqtisadiyyatın və onun bir sıra əsas sektorlarının strateji yol xəritələrinin təsdiqlənməsi ölkəmizdə yeni şəraitdə yaranan çağırışlara uyğun olaraq reallaşdırılan islahatların səmərəliliyini daha da artıracaq. Belə ki, bundan sonra iqtisadi sahədə fəaliyyət istiqamətlərinə dair strateji planların, Dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin hazırlanması zamanı dövlət başçısının imzaladığı bəhs olunan Fərmanla təsdiq edilən strateji yol xəritələrinin müddəaları uzlaşdırılacaq. Beləliklə, respublikamızda qeyri-neft iqtisadiyyatının möhkəmləndirilməsinə, istehsal və ixrac imkanlarının artırılmasına hesablanan islahatlar bir-birini tamamlayacaq ki, bu da iqtisadi səmərəlilik, investisiyaların daha prioritet sahələrə istiqamətləndirilməsi baxımından çox önəmlidir". Deputat bildirib ki, Azərbaycanda zamanında qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində saxlanılması və bu sahədə nəzərəçarpacaq uğurların qazanılması indiki qlobal çətinliklər şəraitində ölkənin inkişafa istiqamətlənməsini şərtləndirən əsas amillərdən biri qismində çıxış edir: "Məhz neftdənkənar iqtisadiyyatın inkişafının nəticəsidir ki, ölkəmizdə qlobal kataklizmlərin təsiri nisbətən az hiss olunur və başlanan islahatlar sayəsində ölkə iqtisadiyyatının mənfi qlobal təsirlərə müqavimət gücü artır. Yeni şəraitdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında başlanan islahatlar yaxın perspektivdə ölkə iqtisadiyyatının neft amilindən asılılığını tamam aradan qaldırmağa hesablanıb. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, aparılan islahatlar konseptual xarakter daşımaqla konkret hədəflərə istiqamətlənib".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31