Rusiyada "Boyarışnik işi"nə görə 5 azərbaycanlı sahibkar saxlanılıb - YENİLƏNİB
İrkutsk şəhərinin Lenin rayon məhkəməsinin qərarına əsasən, "Boyarışnik" spirt tərkibli mayesinin saxta yolla hazırlanması və kütləvi zəhərlənmə faktları ilə bağlı 13 şübhəli şəxsdən 6-sı ev dustaqlığına məhkum edilib.
23 Dekabr 2016 14:28 Kriminalİrkutsk şəhərinin Lenin rayon məhkəməsinin qərarına əsasən, "Boyarışnik" spirt tərkibli mayesinin saxta yolla hazırlanması və kütləvi zəhərlənmə faktları ilə bağlı 13 şübhəli şəxsdən 6-sı ev dustaqlığına məhkum edilib.
Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, saxlanılanlardan biri suriyalıdır. Digər beş həbs olunan isə Azərbaycan vətəndaşlarıdır.
***
Bu gün İrkutsk şəhəri Leninski rayon məhkəməsində spirt tərkibli mayedən ("Boyarışnik") kütləvi zəhərlənmə ilə bağlı iş üzrə iclas keçirilir. Prosesin iki iştirakçısı - Azərbaycan vətəndaşları ev həbsinə buraxılıb. Ümumilikdə məhkəmə doqquz şübhəli şəxs barəsində qərar qəbul etmək niyyətindədir.
***
Azərbaycandan olan bir neçə şəxs İrkutskda 70-dən artıq insanın ölümünə səbəb olan spirt tərkibli mayedən ("Boyarışnik") kütləvi zəhərlənmə işi ilə bağlı saxlanılıb. Bu barədə İrkutsk şəhəri Leninski rayon məhkəməsinin sədri bildirib. Onun sözlərinə görə, şübhəli şəxslər məhkəmədə tərcüməçi tələb ediblər. "Saxlanılanlar arasında spirt tərkibli maye satan köşklərin sahibləri, satıcılar - əsasən uşaqlı qadınlar, əvvəllər məhkum olunmayan şəxslər, hətta sürücülər də var. Lakin bir nəfər də istehsalçı yoxdur", - o qeyd edib.
Bir müddət əvvəl xəbər verilib ki, İrkutsk şəhəri Leninski rayon məhkəməsi saxlanılan 13 nəfərdən üçüncüsü barəsində həbs qəti imkan tədbiri seçib. Report.az