Gündəm

“Kütləvi çıxarış” kampaniyası Sabunçuda davam etdirilib

23 Dekabr 2016 15:29

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Kütləvi çıxarış” kampaniyasından bu dəfə Sabunçu rayonunun, Ramana qəsəbəsində yeni inşa edilmiş binanın sakinləri yararlanıb. Komitədən “Olaylar”a verilən məlumata görə, dekabrın 23-də D.Bünyadzadə küç. 3 ünvanında yerləşən “Ramana Residence” yaşayış kompleksində 80 mənzilli binada yaşayan sakinlərə mənzillərinə dair hazır çıxarışlar təqdim olunub.

Putin Karlovun öldürülməsini Rusiyaya qarşı sui-qəsd adlandırıb

23 Dekabr 2016 15:28

Səfir Andrey Karlovun Ankarada öldürülməsi Rusiyaya və Rusiya-Türkiyə münasibətlərinə yönəlmiş sui-qəsddir. Bunu Rusiya prezidenti Vladimir Putin bu gün mətbuat konfransı zamanı deyib. V.Putin Rusiyanın bu hadisə ilə əlaqədar araşdırmalar zamanı bütün təfərrüatların üzə çıxarılması üçün məsələni diqqətdə saxlayacağını bildirib. Trend.az

Putin: "Heç kim Trampın qalib gələcəyinə inanmırdı"

23 Dekabr 2016 15:20

Rusiya prezidenti Vladimir Putinin illik mətbuat-konfransı keçirilir. Budəfəki konfransda rekord sayda - 1437 jurnalist qeydiyyatdan keçib.

İranlı gənc qaynatasının evində 10 nəfəri öldürdü

23 Dekabr 2016 15:17

İranın Kirman şəhərinin Fəhroc bölgəsində 26 yaşlı gənc ailə münaqişəsi zəminində avtomat silahla həyat yoldaşının ailə üzvlərini atəşə tutub. Hadisə zamanı 10 nəfər ölüb, 4 nəfər ağır yaralanıb. Dekabrın 22-də baş verən hadisədə ölənlərdən 3 nəfəri qadın, 2-si uşaqdır. Həyat yoldaşının ailəsi ilə ixtilafı olan gənc qaynatasının evinə gedib və yoldaşı istisna olmaqla, digərlərini atəşə tutub.  Polis hadisə barədə araşdırma aparır. Apa.az

Azərbaycan prezidenti: “Hər ölkə “Formula-1”i keçirmək məsuliyyətini üzərinə götürə bilmir “

23 Dekabr 2016 15:09

“Bu il ilk dəfə olaraq Formula-1 yarışının keçirilməsi bir daha ölkəmizin qüdrətini göstərdi. Çünki Formula-1 yarışının keçirilməsi hər bir ölkəyə nəsib olmur, hər bir ölkə bu məsuliyyəti öz üzərinə götürə bilmir və çətinlik çəkir. Ancaq biz bu yarışı da uğurla keçirmişik”.

BŞİH: Bakının baş planında bir çox istiqamət düzgün əks olunmayıb

23 Dekabr 2016 15:08

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və qurum yanında "Bakıdövlətlayihə" İnstitutu tərəfindən hazırlanmış "Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planı/Baş plan" layihəsində Bakının sosial-iqtisadi inkişafının bir çox istiqamətləri öz əksini düzgün tapmayıb. Bu barədə Bakı şəhər İcra Hakimiyyətindən bildirilib.

İlham Əliyev: “Bəzi anti-Azərbaycan dairələri çalışırdılar ki, bizi ləkələsinlər, ancaq bunun heç bir təsiri olmadı”

23 Dekabr 2016 15:06

“Milli maraqlarımızın müdafiə edilməsində biz həmişə bir yerdəyik və bu ictimai dəstək əlbəttə ki, mənim işimi də asanlaşdırır. Biz istənilən məsələ ilə bağlı prinsipial mövqeyimizi həmişə ifadə edirik, deyirik. Biz haqq yolundayıq. İdman uğurlarımız, digər sahələrdəki uğurlar bunu göstərir”.

Qadınlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı müzakirələr aparılacaq

23 Dekabr 2016 15:05

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarının iştirakı ilə “Qadınlara qarşı zorakılığın qarşısının alınması” mövzusunda konfrans keçirəcək. Bu barədə Komitədən “Olaylar”a verilən məlumata görə, Konfrans dekabrın 28-də Hökümət Evinin I mərtəbəsində yerləşən Konfrans zalında baş tutacaq. Məlumatda bildirilir ki, məişət zorakılığının qarşısının alınması istiqamətində Komitə mütəmadi olaraq ölkədə maarifləndirici layihələr həyata keçirmişdir.

Goranboy rayonunda “açıq qapı” günü keçiriləcək

23 Dekabr 2016 15:04

Dekabrın 26-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Təmiz Ürək İctimai Birliyi ilə birgə Dün¬ya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Goranboy rayonu, Heydər Əliyev Mərkəzində kənd icması üçün “açıq qapı” günü keçirəcək. Bu barədə Komitədən “Olaylar”a verilən məlumata görə, Komitə rəhbərliyinin iştirakı ilə təşkil olunacaq tədbirdə Goranboy rayonunun sərhədyanı kəndlərindən olan 45 ailə ilə görüş keçiriləcək, bayram azuqəsi və uşaqlara bayram hədiyyələri təqdim olunacaq.

Deputat UGFF-nın prezidenti seçilib

23 Dekabr 2016 15:01

Dekabrın 23-də Gənclər və İdman Nazirliyində (GİN) Uşaq Gənclər Futbol Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, seçkidə gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İsmayıl İsmayılov, AFFA-nın baş katibi Elxan Məmmədov, Milli Məclisin deputatı Rauf Əliyev və digər şəxslər iştirak ediblər.Azad Rəhimov uşaq futbolunun inkişafının önəmindən danışaraq qeyd edib ki, ölkəmizdə yeniyetmələr və gənclər arasında futbola maraq hər zaman yüksək səviyyədədir. Bu səbəbdən uşaq futbolunun inkişafı mühüm əhəmiyyət daşıyır. Sonra səsvermə keçirilib və Rauf Əliyev Uşaq Gənclər Futbol Federasiyasının prezidenti seçilib.

"Bu, Prezidentimizin sosial məsələlərə həssas yanaşdığının göstəricisidir"

23 Dekabr 2016 15:00

“Azərbaycan prezidenti sosial məsələlər çox həssas yanaşır. Elə bunun nəticəsidir ki, Prezidet İlham Əliyevin müvafiq tapşırığı əsasında Tarif Şurasının elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limit artırılması ilə bağlı qərar verildi”. Bunu açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

İlham Əliyev: “Təşkil etdiyimiz Oyunlar heç bir Yay Olimpiya Oyunlarının səviyyəsindən aşağı deyil”

23 Dekabr 2016 14:57

“Təşkil etdiyimiz Oyunlar heç bir Yay Olimpiya Oyunlarının səviyyəsindən aşağı deyil”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində çıxışı zamanı deyib.

Rusiya Federasiya Şurası Xəzərdə fövqəladə vəziyyətlərlə bağlı razılaşmanı ratifikasiya edib

23 Dekabr 2016 14:54

Rusiya Federasiya Şurası Xəzər dənizində fövqəladə vəziyyətlərlə bağlı xəbərdarlığın edilməsi və onların aradan qaldırılmasına dair razılaşmanı ratifikasiya edib.

Ekspertlər: "Prezident əhalidən gələn reaksiyanı nəzərə aldı"

23 Dekabr 2016 14:53

Ötən gün Tarif Şurasının növbədənkənar iclası keçirilib. İclasdan sonra Tarif Şurasının sədri, iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, iclasda qəbul olunan qərara əsasən elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limit artırılıb. Bu qərar ölkə başçısı İlham Əliyevin müvafiq tapşırığı əsasında qəbul olunub.

Prezident: “Artıq Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır”

23 Dekabr 2016 14:51

“Artıq bu gün Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində çıxışı zamanı deyib: “Bizim idman uğurlarımız çox parlaqdır. Biz ildən-ilə idman nəticələrimizi, uğurlarımızı artırırıq. Əgər Yay Olimpiya Oyunlarının nəticələrinə fikir versək görərik ki, hər oyundan-oyuna Azərbaycanın qazandığı medalların sayı artır. Yəni, bu, müsbət dinamikadır. Əslində dinamika hər bir məsələnin təhlili üçün əsas amildir. Biz daim inkişafdayıq. Əminəm ki, müsbət dinamika bundan sonra da davam edəcək, baxmayaraq ki, son Yay Olimpiya Oyunlarında qazandığımız nəticəni təkrarlamaq çətin olacaq. Bununla bərabər, mən yaxşı xatırlayıram ki, 2000-ci ildən sonra hər dəfə Yay Olimpiya Oyunlarına yekun vuraraq oxşar fikirlər səslənib ki, böyük nəticə qazanılıb, bunu təkrar etmək çətin olacaq. Ancaq biz nəinki bu nəticələri oyunlardan-oyunlara təkrar etmişik, onları artırmışıq”.