Qadınlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı müzakirələr aparılacaq
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarının iştirakı ilə “Qadınlara qarşı zorakılığın qarşısının alınması” mövzusunda konfrans keçirəcək. Bu barədə Komitədən “Olaylar”a verilən məlumata görə, Konfrans dekabrın 28-də Hökümət Evinin I mərtəbəsində yerləşən Konfrans zalında baş tutacaq. Məlumatda bildirilir ki, məişət zorakılığının qarşısının alınması istiqamətində Komitə mütəmadi olaraq ölkədə maarifləndirici layihələr həyata keçirmişdir.
23 Dekabr 2016 15:05 SosialAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarının iştirakı ilə "Qadınlara qarşı zorakılığın qarşısının alınması" mövzusunda konfrans keçirəcək. Bu barədə Komitədən "Olaylar"a verilən məlumata görə, Konfrans dekabrın 28-də Hökümət Evinin I mərtəbəsində yerləşən Konfrans zalında baş tutacaq. Məlumatda bildirilir ki, məişət zorakılığının qarşısının alınması istiqamətində Komitə mütəmadi olaraq ölkədə maarifləndirici layihələr həyata keçirmişdir. Komitə tərəfindən "Qadın hüquqları üzrə bələdçi" kitabı, "Azərbaycan Respublikasında Məişət Zorakılığının Qarşısının Alınmasına dair Qanunvericilik Toplusu" metodiki vəsait, "Məişət zorakılığı 50 sual 50 cavab" adlı kitabça hazırlanıb nəşr olunmuş və əhaliyə paylanılmışdır. Məişət zorakılığının qarşısının alınması istiqamətində vətəndaş cəmiyyətləri institutları ilə birgə çoxlu sayda maarifləndirici layihələr həyata keçirmişdir. Bunlara misal olaraq "Məişət zorakılığı barəsində məlumatlandırma kampaniyası" layihəsi, "Məişət zorakılığı qurbanı olan qadınların sosial-iqtisadi gücləndirilməsi və gender məsələləri üzrə maarifləndirilməsi" adlı layihə, "Məişət zorakılığı və qadın hüquqları" mövzusunda layihələri göstərmək olar.