“Kütləvi çıxarış” kampaniyası Sabunçuda davam etdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Kütləvi çıxarış” kampaniyasından bu dəfə Sabunçu rayonunun, Ramana qəsəbəsində yeni inşa edilmiş binanın sakinləri yararlanıb. Komitədən “Olaylar”a verilən məlumata görə, dekabrın 23-də D.Bünyadzadə küç. 3 ünvanında yerləşən “Ramana Residence” yaşayış kompleksində 80 mənzilli binada yaşayan sakinlərə mənzillərinə dair hazır çıxarışlar təqdim olunub.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilən "Kütləvi çıxarış" kampaniyasından bu dəfə Sabunçu rayonunun, Ramana qəsəbəsində yeni inşa edilmiş binanın sakinləri yararlanıb. Komitədən "Olaylar"a verilən məlumata görə, dekabrın 23-də D.Bünyadzadə küç. 3 ünvanında yerləşən "Ramana Residence" yaşayış kompleksində 80 mənzilli binada yaşayan sakinlərə mənzillərinə dair hazır çıxarışlar təqdim olunub. Kampaniya birbaşa yaşayış binasının həyətində baş tutub və sakinlər bu çıxarışları heç hara getmədən komitənin mobil ofislərində əldə ediblər. Bu sosial addım nəticəsində vətəndaşlar gündəlik fəaliyyətindən ayrılmadan öz əmlakı üzərində mülkiyyət hüququnu təsdiq edən sənədə yiyələnmiş olub. "Ramana Residence" yaşayış kompleksində çıxarışlar təqdim olunmaqla yanaşı, həm də hüquqi yardım xidmətləri də göstərilib. Sakinlər sənədləşdirmənin belə sürətli və rahat şəkildə, xidmətlərin onların ünvanına çatdırılmasından və göstərilən müxtəlif növ qeydiyyat xidmətlərindən razılıqlarını ifadə ediblər. Xatırladaq ki, 2016-cı ildə komitə tərəfindən paytaxtın 8 rayonunda, respublikanın isə 22 şəhər və ya rayonunda bu cür kampaniyalar təşkil olunub. Kampaniyalara əmlak xidmətlərindən yararlanmaq istəyən çoxlu sayda vətəndaşlar cəlb olunub. Bu il ərzində Bakı, Xırdalan, Sumqayıt, Gəncə, Xaçmaz və digər şəhərlərdə yerləşən çoxmərtəbəli binalarda belə kampaniyalar keçirilib. Kampaniyanın əsas özəlliyi odur ki, kampaniya rahat, şəffaf və əlçatan şərtlərlə xidmətləri əhaliyə təqdim edir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31