Putin: "Heç kim Trampın qalib gələcəyinə inanmırdı"

Rusiya prezidenti Vladimir Putinin illik mətbuat-konfransı keçirilir. Budəfəki konfransda rekord sayda - 1437 jurnalist qeydiyyatdan keçib.

Rusiya prezidenti Vladimir Putinin illik mətbuat-konfransı keçirilir. Budəfəki konfransda rekord sayda - 1437 jurnalist qeydiyyatdan keçib.

Böyük mətbuat konfransı bu dəfə ənənəvi olaraq dördüncü gün keçirilməyib. Belə ki, Rusiyanın Türkiyədəki səfirinin dəfninə qatılan prezident konfransı təxirə salmışdı.

***

Putin Rusiyada növbədənkənar prezident seçkilərini keçirilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırıb: "Mümkündür, lakin məqsədəuyğun deyil". 

Dövlət başçısı ABŞ Donald Trampın prezident seçilməsini şərh edib: "Tramp cəmiyyətin əhval-ruhiyyəsini hiss etdi və seçki kampaniyasında sona kimi getdi. Lakin bizdən başqa heç kim onun qalib gələcəyinə inanmırdı".

"Rusiya Türkiyədə öldürülən RF səfiri Andrey Karlovun qətlinin araşdırılması zamanı bütün halların aydınlaşdırılmasına nəzarət edəcək". Bu sözləri prezident Vladimir Putin mətbuat konfransında deyib. O, səfirin qətlindən danışan zaman bildirib ki, hansısa rəsmi mövqe tutan şəxslər, o cümlədən, hüquq-mühafizə orqanlarında çalışan kimsə ağır cinayətlər törədə bilər və bunda təəccüblü heç nə yoxdur :

"Həm ölkəmizdə, həm də xaricdə bu cür hadisələr baş verir. Götürək elə bu dəhşətli faciəni -Türkiyədəki səfirimizin qətlini. Onu kim öldürüb? Biz bütün halların aşkarlanması və ifşa edilməsi üçün ciddi şəkildə işləməyə davam edəcəyik". Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31