Gündəm

İrina Bokova: "Prezident İlham Əliyev Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmlənməsi və inkişafına şəxsən sadiqdir"

23 Dekabr 2016 16:17

Azərbaycan mədəniyyətlərarası dialoqa mühüm töhfə verir, belə ki, Prezident İlham Əliyev ölkədə mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmlənməsi və inkişafına şəxsən sadiqdir.

"Nazirin evini təmir edib, pulunu Zeynalovdan aldım" - Əli Abbasovun qaynı

23 Dekabr 2016 16:15

Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun qaynı Elçin İbrahimovun "Rabitə işi" üzrə istintaqa verdiyi ifadənin məzmunu bəlli olub. Yekunda ittiham aktına əlavə edilməyən və adı şahidlər siyahısına salınmayan E.İbrahimov nazirin və nazir müavinlərinin evini təmir etməsindən danışıb.

Baş Prokurorluq və DİN Biləsuvarda məcburi köçkünlərin aksiya cəhdi ilə bağlı məlumat yayıb

23 Dekabr 2016 16:12

Dekabrın 22-də saat 18.00 radələrində Biləsuvar rayonunun ərazisində Cəbrayıl rayonundan məcburi köçkün düşmüş vətəndaşlar üçün tikilmiş qəsəbələrdə yaşayan sakinlərin bir qrupu istifadə etdikləri elektrik enerjisi haqqının ödənilməməsi tələbi ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasına doğru yürüş ediblər. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, bununla əlaqədar ictimai qaydanın kobud şəkildə pozulmasının qarşısının alınması məqsədilə həmin əraziyə cəlb olunmuş asayişi mühafizə qüvvələri razılaşdırılmamış aksiyanın iştirakçılarını intizama dəvət etsələr də, onlar tabeçilik göstərməyib, xidməti vəzifələrini yerinə yetirən 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, habelə, 1 xidməti avtomobilin şüşələrini sındırıblar.

Gənclərin işlə təminatı: nazirlik hesabat açıqladı

23 Dekabr 2016 16:08

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin 11 ayında 55118 nəfər işlə təmin edilib. Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

Türkiyə yumurtadan kağız istehsalına başlayacaq

23 Dekabr 2016 16:05

Türkiyənin Kahramanmaraş şəhərinin elm adamları yumurta qabığından kağız əldə edə biliblər.

Rusiyada “Boyarışnik işi”nə görə 5 azərbaycanlı sahibkar saxlanılıb

23 Dekabr 2016 16:04

İrkutsk şəhərinin Lenin rayon məhkəməsinin qərarına əsasən, “Boyarışnik” spirt tərkibli içkisinin saxta yolla hazırlanması və kütləvi zəhərlənmə faktları ilə bağlı 13 şübhəli şəxsdən 6-cı şəxs ev dustaqlığına məhkum edilib.

Yüzlərlə azərbaycanlı Avropa ölkələrində deportasiyanı gözləyir

23 Dekabr 2016 16:02

Azərbaycanın da imzaladığı readmissiya haqqında saziş çərçivəsində yüzlərlə azərbaycanlı Avropa İttifaqı ölkələrindən deportasiya ediləcəyini gözləyir.

AÇG-nin 2050-ci ilədək gələcək işlənməsinə dair razılaşmanın prinsipləri təsdiqlənib

23 Dekabr 2016 15:52

Bu gün SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının gələcək işlənməsi üçün niyyət məktubu imzalayıblar.

Səhiyyə Nazirliyi: Ağır gedişli qripə bənzər infeksiyalar qeydə alınıb

23 Dekabr 2016 15:43

“Laborator müayinələr davam etdirilir. Payız-qış mövsümündə ağır gedişli xəstələrdən götürülən müayinə materiallarında qrip virusları aşkarlanmayıb. Vəziyyət tam nəzarət altındadır”.

Putin: "Rusiyanın iştirakı olmadan Hələbin azad edilməsi mümkün olmazdı"

23 Dekabr 2016 15:40

"Rusiyanın iştirakı olmadan Hələbin azad edilməsi mümkün olmazdı". Bu sözləri Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib. O bildirib ki, Rusiya, Türkiyə və İranın iştirakı ilə minlərlə insan Hələbdən təxliyyə edilib: “Bu məsələdəSuriya hökuməti də böyük rol oynayıb. Lakin ABŞ kimi oyunçunun iştirakı olmadan Suriya məsələsinin həlli mümkün  deyil. BizSuriya məsələsinin həllində hər kəslə işləməyə hazırıq”.

Qətiyyətli lider

23 Dekabr 2016 15:37

2016-cı ili yola salmağa sayılı günlər qalır. Əbəs yerə deyilmir ki, zaman keçilən yolun düzgün təhlili və dəyərləndirilməsi üçün hakimdir. Uğurlarımıza, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə bir nəzər salaq.

Müdafiə nazirinin cəbhə bölgəsinə səfəri Əsgər və zabitlərin ruh yüksəkliyinə səbəb olur

23 Dekabr 2016 15:36

Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən orduya diqqət daimi xarakter daşıyır. Məhz bunun nəticəsidir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov mütəmadi olaraq Silahlı Qüvvələrin rəhbər heyətləri və cəbhənin ön xəttində keşik çəkən əsgər və zabitlərlə görüşətrək tövsiyyə və tapşırıqlarını verir.

Dövlət Gömrük Komitəsindən spirtli içkilərə nəzarət

23 Dekabr 2016 15:32

Son günlər bir sıra kütləvi informasiya vasitələrində Azərbaycana saxta, mənşəyi məlum olmayan spirtli içkilərin idxal olunması ilə bağlı əsassız, həqiqətə uyğun olmayan məlumatlar yer alır. 

Mənzildən qadın meyiti tapılıb

23 Dekabr 2016 15:30

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. “Olaylar” nazirliyin saytına istinadən xəbər verir ki,  dərhal Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə daxil olublar. Mənzildə Bayramova Elmira Ənvər qızının cəsədini aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.