Səhiyyə Nazirliyi: Ağır gedişli qripə bənzər infeksiyalar qeydə alınıb

“Laborator müayinələr davam etdirilir. Payız-qış mövsümündə ağır gedişli xəstələrdən götürülən müayinə materiallarında qrip virusları aşkarlanmayıb. Vəziyyət tam nəzarət altındadır”.

"Laborator müayinələr davam etdirilir. Payız-qış mövsümündə ağır gedişli xəstələrdən götürülən müayinə materiallarında qrip virusları aşkarlanmayıb. Vəziyyət tam nəzarət altındadır". Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

O bildirib ki, əsasən ağır gedişli qripə bənzər, respirator virus infeksiyaları qeydə alınıb. A. Əliyeva qeyd edib ki, hazırda bütün təhsil müəssisələrində profilaktik dezinfeksiya işləri aparılır: "Noyabrda iki dəfə təhsil müəssisələrində dezinfeksiya aparılıb. İndi dezinfeksiya işləri bütün təhsil müəssisələrində - məktəblərdə, məktəbə qədər təhsil müəssisələrində, müalicə-profilaktika müəssisələrində yüksək səviyyədə təmin edilir. Düşünürəm ki, profilaktik tədbirlərin aparılması ilə xəstəliyin qarşısı alınacaq".  Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31