Müdafiə nazirinin cəbhə bölgəsinə səfəri Əsgər və zabitlərin ruh yüksəkliyinə səbəb olur

Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən orduya diqqət daimi xarakter daşıyır. Məhz bunun nəticəsidir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov mütəmadi olaraq Silahlı Qüvvələrin rəhbər heyətləri və cəbhənin ön xəttində keşik çəkən əsgər və zabitlərlə görüşətrək tövsiyyə və tapşırıqlarını verir.

Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən orduya diqqət daimi xarakter daşıyır. Məhz bunun nəticəsidir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov mütəmadi olaraq Silahlı Qüvvələrin rəhbər heyətləri və cəbhənin ön xəttində keşik çəkən əsgər və zabitlərlə görüşətrək tövsiyyə və tapşırıqlarını verir. Bunun bariz nümunəsi olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün rəhbər heyətinin iştirakı ilə üçgünlük toplantı keçirilib. Müdafiə nazirinin müavinlərinin, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanlarının, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin, birlik və birləşmə komandirlərinin, qərargah rəislərinin və digər məsul zabitlərin iştirakı ilə keçirilən toplantıda Müdafiə naziri general-polkovnik Zakir Həsənov çıxış edib. Nazir Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrin fəaliyyətinə verdiyi yüksək qiyməti və ordu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdırıb, aparılan fəaliyyətlər və əsas istiqamətlər üzrə yerinə yetirilən vəzifələri bir daha xüsusi vurğulayıb.Toplantıya qatılan heyət təlim mərkəzində və çöl-səhra şəraitində təşkil olunan hazırlıq məntəqələri və nöqtələrində nəzəri və praktiki məşqlərdə iştirak edir. İştirakçılardan ümümqoşun nizamnamələri, rəhbəredici və digər normativ sənədlərlə bağlı biliklər üzrə məqbullar qəbul edilib, şəxsi heyətin fiziki hazırlığının səviyyəsi yoxlanılıb. Silahlı Qüvvələrin rəhbər heyətinin döyüş hazırlığının, bacarıq və qabiliyyətlərinin yoxlanılması məqsədilə silahlanmada olan zirehli texnikanın ştat silahından və atıcı silahlardan atışlar icra olunur, generallar və zabitlər müxtəlif növ tırtıllı və təkərli döyüş maşınlarının, avtomobil texnikasının idarə edilməsi üzrə yoxlama tapşırıqları yerinə yetirirlər. Sözügedən silsilə tədbirlərin davamı olaraq müdafiə nazirin rəhbərliyi ilə 2016-cı tədris ilində qoşunların hazırlığı üzrə yekunlara dair geniş kollegiya iclası keçirilib.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kollegiya iclasında hesabat dövründə aparılan fəaliyyətlər, ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı vəzifəli şəxslərin məruzələri dinlənilib, perspektiv məsələlər müzakirə edilib.İclasda geniş məruzə ilə çıxış edən Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Azərbaycan Ordusuna verdiyi qiyməti, göstərdiyi diqqət və qayğını xüsusi qeyd edərək Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən aprel döyüşlərində əldə edilən uğurların dövlətimizin, ordumuzun qüdrətinin, xalqın həmrəyliyinin, vətənpərvərliyinin nəticəsi olduğunu vurğulayıb və bunun nəticəsi olaraq son illər əldə edilən nailiyyətlərdən danışıb. Nazir hesabat dövründə görülən tədbirlərin təhlilini apararaq xidməti döyüş fəaliyyəti, davam edən islahatlar, döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı, qoşunların döyüş qabiliyyətinin artırılması məqsədilə 2017-ci tədris ilində Silahlı Qüvvələr qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsi məqsədilə komandir-rəis heyəti qarşısında tapşırıqlar qoyub. Sonra kollegiya iclasının qərar layihəsi müzakirə edilərək qəbul olunub. Müdafiə nazirinin əmrinə əsasən, 2016-cı tədris ilində döyüş hazırlığının yekunlarına görə xidmətdə fərqlənən hərbi qulluqçular müxtəlif medallarla təltif edilib, təşəkkür, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Paralel olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi hərbi qüvvələrin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qəfil yoxlanılması həyata keçirilib. Döyüş şəraitinə maksimal yaxın vəziyyətdə həyəcan siqnalı ilə qaldırılan şəxsi heyətin hazırlığı, praktiki bacarığı və döyüş vasitələrinin tətbiqi imkanları yoxlanılıb. Qəfil yoxlama çərçivəsində silahlanmada olan "İldırım" zenit-raket komplekslərinin də hazırlıq vəziyyətinə gətirilməsi və döyüş atışları icra edilib. Praktiki atışlar zamanı şərti düşmənin intensiv radioelektron və atəş təsiri şəraitində qanadlı raketləri, alçaqdan uçan və aerodinamik hədəfləri imitasiya edən hədəflərin aşkarlanması və avtomatik izlənməyə götürülməsi, qərar qəbul edilməsi, onlara qarşı atəş açılması və hədəfin effektiv məhv edilməsi tapşırıqları uğurla həyata keçirilib. Döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib. Xatırladaq ki, əsgər və zabitlərin soaial-məişət şəraitinin yaxşılaşdırılması məsələsi də dövlətin diqqət mərkəzindədir. Bu siyasətin əyani göstəricisi olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən yeni tikilən növbəti hərbi kompleksin açılışı olub. Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi şəhərciyin ərazisindəki qərargah, döyüş texnikası saxlancları, əsgər yataqxanaları, yeməkxana, qazanxana-camaşırxana kompleksi, ərzaq anbarı, tibb məntəqəsi, sıra meydanı və digər obyektlər ilə tanış olub. Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edərək Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq əldə edilən uğurlardan danışıb, döyüş və mənəvi-psixoloji hazırlığın daha da artırılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib.Nazir hərbi hissədə çalışan mülki işçilərlə görüşərək şəxsi heyətin təminatı ilə bağlı müvafiq göstəriş və tövsiyələrini verib. Onu da qeyd edək ki, ölkənin müxtəlif silahlı qübbələri gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində müxtəlif tədbirlər keçirilər. Dövlət Sərhəd Xidməti də ardıcıl olaraq gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin gücləndirilməsi, sərhədçi peşəsinə rəğbətin artırılması məqsədilə müx¬¬təlif tədbirlər təşkil edir. Dövlət Sərhəd Xidmətinin Təhsil Nazirliyi ilə birgə tədbirlər planına uyğun olaraq növbəti belə tədbir Dövlət Sərhəd Xidmətinin Akademiyasında keçirilmişdir. Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon orta məktəblərinin təhsildə fərqlənən yuxarı sinif şagirdləri Dövlət Sərhəd Xidmətinin Akademiyasında ekskursiyada olmuşlar. Ulu Öndər Heydər Əliyevin əsasını qоyduğu milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi sayəsində əldə edilmiş yüksək nailiyyətlər, Vətən sərhəd¬lə¬rinin mühafizəsinə göstərilən dövlət qayğı¬sı, Akademiyanın yaranma tariхi və inkişafı, yüksək iхtisaslı sərhədçi zabitlərin, hərbi elmi işçilərin hazırlanması istiqamətində qazanılmış müsbət nəticələr barədə məktəblilərə ətraflı məlumat verilmişdir. Şagirdlər Akademiyada yaradılmış şəraitlə və təlim-tədris prоsesi ilə yaхından tanış оlmuş, kursantlarla söhbət etmişlər. Tədbirin sonunda Azərbaycan Sərhəd Mühafizəsinin 97-ci ildönümünə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir. Gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsi ilə bağlı digər bir tədbir Mədəniyyət və Turizm Nazirliyi Heydər Əliyev Fondu ilə birlikdə təşkil olunub. Tədbirdə "Azərbaycanın tarixi silahları"nın təqdimat mərasimi keçirilib. Tədbiri açan Milli Kitabxananın direktoru Kərim Tahirov kitabın tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, gərgin əməyin bəhrəsi olan nəşr bütövlükdə Azərbaycanın silah tarixini özündə əks etdirir. Kitabda qədim tarixə malik silah növlərinin milli-mənəvi dəyərlər fonunda əks olunması, ornamentlərinin təhlil edilməsi nəşrin dəyərini artırır. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək "Azərbaycanın tarixi silahları" kitab-albomunun ərsəyə gəlməsini və təqdimatının keçirilməsini Azərbaycanın silahlı qüvvələrinə, Ali Baş Komandanımızın rəhbərliyi altında göstərilən dövlət qayğısından irəli gələn hadisə kimi qiymətləndirib. Bildirib ki, kitabda son 500 il ərzində Azərbaycan ərazisində istifadə olunan silahlar tədqiq edilib, silahların fotosu, istifadə qaydaları haqqında məlumat yer alıb: "Azərbaycan xalqının mübarizliyi, onun tarixi dəyərlərə verdiyi qiymət və şanlı tarixə malik olması kitabda faktlarla sübuta yetirilib. Böyük tarixi şəxsiyyətlərdən miras qalmış silahlar, o cümlədən keçmiş əsrlərdə döyüşlərdə istifadə edilən çoxsaylı silah növləri, onların Azərbaycanda hazırlanması sübut edir ki, uzun əsrlərdən bəri ölkəmizdə müxtəlif silahlar kütləvi şəkildə istehsal olunmuş, xalqımız öz ərazilərini qorumaq üçün hər zaman mübarizlik göstərmişdir". Ədalət Vəliyev qeyd edib ki, müəlliflər - general-polkovnik Nəcməddin Sadıkov, Azad Məmmədov, Fuad Cavadov, Adil Minbaşı kitabın ərsəyə gəlməsində böyük xidmət göstəriblər: "İnanıram ki, kitab yaxın vaxtlarda Azərbaycan dilinə də tərcümə olunacaq və xalqımızın tarixi səhifəsində öz layiqli yerini tutacaq".Təqdimatda çıxış edən polkovnik Mehman Süleymanov, Milli Məclisin üzvü, yazıçı-publisist Aqil Abbas, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Xaləddin Xəlili və başqaları kitabın əhəmiyyətindən söz açıblar. Bildirilib ki, Azərbaycan əsrlər boyu silah mərkəzlərindən biri olub. Xalqımızın döyüşkən, mərd və şərəfli tarixi bu kitabla bir daha təsdiq edilir. Layihə həm də bir vətənpərvərlik nümunəsidir. Sonda nəşrin müəlliflərindən Adil Minbaşı kitabın rus dilində işıq üzü görməsini silahlarımızın daha geniş miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31