Gündəm

Dağlıq Qarabağa yadplanetlilər gəlib – ŞOK FOTOLAR

23 Dekabr 2016 17:24

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində yadplanetlilərə məxsus daş lövhələr tapılıb. Daş lövhələr UNO-nu xatırladır. Uçan aparatları xatırladan daş lövhələrin fotoları sosial şəbəkələrdə yayılıb. Arxeoloqlar bunun qədimdə bu bölgəyə gələn yadplanetlilərə məxsus olması fikrini istisna etmir. Lakin bu, çox az ehtimal olunan məsələdir. Bəzi fikirlərə görə, tapılan daş lövhələr qədimdə kazakların şərabçılıqda istifadə etdiyi daşlara bənzəyir.

DSX: 5 mütəşəkkil cinayətkar dəs­tə zərərsizləşdirilib

23 Dekabr 2016 17:22

Bu il qaçaqmalçılıq, narkotik mad­dələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəs­tə zərərsizləşdirilib.

Putin azərbaycanlı jurnalistin sualına cavab verdi

23 Dekabr 2016 17:19

Rusiya prezidenti Vladimir Putin azərbaycanlı jurnalist Fuad Səfərovun Türkiyə-Rusiya münasibətləri ilə bağlı sualına cavab verib. Putin bildirib ki, əvvəllər "Su-24" qırıcısının Türkiyə rəhbərliyinin xəbəri olmadan vurulmasına inanmayıb. Lakin səfirin öldürülməsi onu öz fikrini dəyişdirməyə məcbur edib.

"Əsrin müqaviləsi"nin müddəti 2050-ci ilədək uzadıldı

23 Dekabr 2016 17:15

SOCAR və BP-nin əməliyyatçısı olduğu ABƏŞ Azəri-Çıraq-Günəşli yatağının 2050-ci ilədək gələcək işlənməsinə dair razılaşmanın prinsiplərini imzaladılar.

Əli Əhmədov: İlham Əliyev şəxsiyyətinin siyasətçi mahiyyəti Heydər Əliyevin ideyalarından yoğrulub

23 Dekabr 2016 16:57

“2003-cü ilin prezident seçkiləri artıq müasir tariximizin 13 illik şərəfli səhifəsini təşkil edir. Tam məsuliyyətlə deyə bilərəm ki, 13 il bundan əvvəl Prezident İlham Əliyevə xalqın nümayiş etdirdiyi inam, ümid və etimad nəinki azalıb, əksinə daha da güclənib, daha dərindən dərk edilən dəyərlər kimi özünü təsdiq edib. Səbəbləri haqqında mülahizələr yürütməyə başlasaq, yəqin ki, ilk növbədə Prezident İlham Əliyevin xalqın inamını, ümidini və etimadını ən yüksək səviyyədə doğrultduğunu göstərmək lazım gələr.

Politoloq: “Bizim kiminsə məsləhətinə ehtiyacımız yoxdur”

23 Dekabr 2016 16:56

“Çox təəsüflər olsun ki, özünü islam dövləti adlandıran və sözdə müsəlmanların qayğıkeşi funksiyasını öz üzərinə götürən İran İslam Respublikası praktikada ikili standartlardan çıxış edir. Guya ki, Fələstinə görə İsrail ilə hər hansı münasibətlərdən qaçan İran, öz qonşusu Azərbaycan torpaqlarını işğal edən, Xocalı soyqırımı törədən ermənilərlə sıx təmaslarını davam etdirməkdədir. Əslində, Azərbaycan dövlətinin İranın daxili və xarici siyasətinə qarışmaq kimi məqsədi heç vaxt olmayıb”. Bunu politoloq Zaur Məmmədov deyib.

Benzin 4% bahalaşıb

23 Dekabr 2016 16:49

Bu ilin əvvəlindən Rusiyada avtomobil benzininin qiyməti 3,7%, dizel yanacağının qiyməti isə 2,7% artıb. Rusiyada benzinin orta istehlak qiyməti ötən həftə 1 litr üçün 3 qəpik artaraq 36,31 rubl (1,03 manat), dizel yanacağının qiyməti isə 28 qəpik artaraq 36,63 rubl (1,04 manat) təşkil edib.

Rəsulullahın(s) möcüzələri haqqında

23 Dekabr 2016 16:47

Tərcümə edəni Elmira Qafarova Oxuculara təqdim olunan bu yazı "Məvahibu-l-ləduniyyə"-("İlahi rəhmət") əsərindəndir. Əsərin müəllifi Əbdülabbas Şihəbuddin Əhməd İbn Muhəmməd Əl Qəstəlanidir(h.t 851-923;miladi 1473-1545). Mühəddis, tarixçi, fakih, Quran oxuyan olub. Şeyxulislam Zəkəriyyə əl-Ənsari, Hafiz əs-Səhavi, imam Əl-Əcluni və başqaları onun müəllimləri olmuşlar. Əl-Qəstəlaninin əsərlərindən 10 cildlik "İrşədu-s-sari li şərhi sahih əl-Buxari"(digər adı "Məvahibu-l-ləduniyyə"); 8  cildlik "Minhəcul-ibtihac bi şərhi Muslim bin əl-Həccac";"Məşəriku-l-ənvar əl-madıyyə- bu onun İmam Büseyrinin "Burda"qəsidəsinə şərhidir-və s.göstərmək olar. Lakin İmam Qəstəlaninin ən məşhur əsəri sonuncu peyğəmbər Muhəmmədin(s) həyat və fəaliyyətinə həsr olunmuş 10 cildlik  "Məvahibu-l-ləduniyyə"-"İlahi rəhmət"-əsəridir. Bunu qələmə alarkən Qəstəlani İmam Buxarinin əsərinə yazılmış iki ən məşhur şərhə əsaslanıb. Onlardan biri İbn Həccarın yazdığı"Fəthu-l-Bəri", digəri isə Bədruddin əl-Ayninin "Umdatu-l-qari"əsərləridir. Şeyx Yusuf Nəbhani bu əsərin "Ənvaru-l-Muhammədiyyə min əl Məvahibi-l-ləduniyyə"adlı qısa məcmuəsini tərtib etmiş, Muhəmməd Əbdülbaqi əz-Zərqani isə bu əsərə şərh yazmışdır. Əl-Qəstəlani 16-cı əsrdə yaşamış məşhur şafi alimi olub. Lakin onun əqidəsində əşariliyə və sufiliyə də meyl nəzərə çarpır. Oxuculara məhz bunu diqqətə almalarını tövsiyyə edirik, çünki Əl-Qəstəlaninin İmam Buxarinin kitabına yazdığı və oxucuların tanış olacaqları şərhindəki bəzi məsələlərdə onun əqidəsi daha aydın nəzərə çarpır.

Cahangir Hacıyevin apellyasiya şikayəti üzrə məhkəmə təxirə salınıb

23 Dekabr 2016 16:43

Azərbaycan Beynəlxalq Bankıİdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digərlərinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb. 

Putin: "Gələn ilin ikinci yarısında neftin qiyməti hazırkı səviyyədə qalacaq"

23 Dekabr 2016 16:42

2017-ci ilin ikinci yarısında neftin qiyməti hazırkı səviyyədə qalacaq. Bunu Rusiya prezidenti Vladimir Putin bu gün keçirilən illik mətbuat konfransında bildirib.

İlham Əliyev. Hər bir azərbaycanlının Prezidenti

23 Dekabr 2016 16:28

"Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin"

İsrailli eskpert Azərbaycanın hərbi gücü haqda

23 Dekabr 2016 16:23

Başa çatmaqda olan 2016-cı il çoxvektorlu diplomatiya siyasətini davam etdirən Azərbaycanın xarici siyasəti üçün uğurlu olub. Bunu  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut deyib.