"Azanfilm" studiyasından məktəbliyə dəstək

Bu gün Xırdalan şəhəri 1 saylı orta məktəbinin 9-cu sinif şagirdi Mədinə Əliyeva Malik qızı "Azanfilm" cizgi filmləri studiyasının cari ildə elan etdiyi animasiya müsabiqəsində fəal iştirakına və yüksək qabiliyyət nümayiş etdirdiyinə görə diplomla təltif olundu. Diplomu təqdim edərkən studiyanın rəhbəri, Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov gənc animatorun istedadını xüsusilə qeyd etdi.Müşfiq Hətəmov Mədinənin bu sahəyə həvəsini alqışladı və studiyanın gələcəkdə ona bu fəaliyyətində dəstək olacağını vurğuladı.



 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31