İdris Rüstəmov beynəlxalq mükafata layiq görüldü
23 Dekabr 2016 16:53 Mədəniyyətİdris Rüstəmov "Sonuncu" filmindəki roluna görə Livan Beynəlxalq Qısametrajlı Filmlər Festivalının "Ən yaxşı aktyor" mükafatına həmyerlimiz İdris Rüstəmov layiq görülüb. İdris Rüstəmov bu mükafata "Sonuncu" filmindəki roluna görə mükafatlanıb.
Qeyd edək ki, Livanın 3 şəhərində - Nabatiyyə, Tripoli və Sur şəhərlərində keçirilən festivalda 25 ölkədən 61 film iştirak edib. Münsiflər heyətinin tərkibi fransalı, ispaniyalı və livanlı mütəxəssislərdən ibarət olub.
"Sonuncu" filmi Azərbaycan kino tarixində Kann Beynəlxalq Film Festivalında təqdim olunan qısametrajlı bədii filmlərin rəsmi müsabiqə proqramında ilk təqdim olunan filmdi.
Ekran əsərinin quruluşçu rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Aleksey Aygi, prodüserləri Nəsib Piriyev, Maria İvanova və Müşfiq Hətəmovdur.
Filmdə İdris Rüstəmov və Corc Qafarov rol alıblar.