Gündəm

ADU-da dəyirmi masa keçirilib

23 Dekabr 2016 18:35

Dekabrın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksinin (İRK) Amerika mərkəzində “Azərbaycan və ABŞ multikulturalizm modelləri: müqayisəli təhlil” mövzusunda dəyirmi masa keçirilib. ADU-nun İnformasiya Resurs Kompleksi (İRK) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə keçirilən dəyirmi masada açılış nitqi ilə çıxış edən Kompleksin direktoru Şəhla Xudiyeva İRK-nın yaranma tarixi, fəaliyyət istiqamətləri, məqsədi və strategiyası, kompleksin strukturu, əməkdaşlıq etdikləri müəssisələr haqqında məlumat verib. O, kompleksin multikulturalizmlə bağlı silsilə tədbirlər keçirdiyini deyərək bu istiqamətdə aparılan araşdırmalar və tədqiqat işlərində faydalı olacaq elektron bazaların kompleksdə mövcud olduğunu sözlərinə əlavə edib. 

"AŞPA-nın növbəti iclası Azərbaycan üçün çox vacibdir"

23 Dekabr 2016 18:28

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti iclası gələn ilin ilk iclası olduğuna görə, Azərbaycan tərəfi üçün çox vacibdir. Bu sözləri  Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəriSəməd Seyidov deyib. S.Seyidov Ermənistan tərəfi ilə AŞPA sədri Pedro Aqramuntun təşəbbüskarı olduğu görüşün mümkünlüyünü istisna etməyib. O deyib: "Ola bilər ki, növbəti sessiya zamanı bu görüş baş tutsun. Biz artıq bu təşəbbüsə razılığımızı vermişik, hər şey Ermənistan tərəfindən asılıdır." AŞPA-nın qış sessiyası yanvarın 23-27-də keçiriləcək. Trend.az

Azərbaycan Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği artırıldı

23 Dekabr 2016 18:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləğinin artırılması haqqında fərman imzalayıb.

Deputat: "Tarif Şurası cəmiyyətin imkanlarını və fikirlərini nəzərə alır"

23 Dekabr 2016 18:25

Təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlərin tətbiqi barədə Tarif Şurasının verdiyi əvvəlki qərara edilən müəyyən narazılıqlar dərhal nəzərə alındı. Bunu Milli Məclisin deputatı Nizami Cəfərov deyib. Deputat qeyd edib ki, bu onu göstərir ki, Tarif Şurası cəmiyyətin imkanlarını və fikirlərini nəzərə alır: "Tarif Şurası qərar verərkən təhlillər aparır və ona uyğun olaraq da yeni qərarlar verilir. Bu da çox yaxşı haldır".

“Ariyel” oğruları saxlanıb

23 Dekabr 2016 18:23

Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən oğurluq faktının qarşısı alınıb. DİN-in Baş Mühafizə İdarəsindən verilən məlumata görə, dekabrın 22-də Lök-batan qəsəbəsində yerləşən, “Sədərək” TM-nin şirniyyat adlanan ərazisində, fziki şəxs Nizami İsmayılova məxsus mağazadan ümumi dəyəri 71 (yetmiş bir) manat məbləğində olan “Ariyel” yuyucu tozunun oğurlanmasında şübhəli bilinənlər saxlanıb. Araşdırma zamanı onların Gəncə şəhəri Qırmızıkənd qəsəbə sakini, 1968-ci il təvəllüdlü Ələsov İsmayıl Həsən oğlu və Bakı şəhəri Yasamal rayon sakini, 1980-ci il təvəllüdlü Qasımov Elçin Lətif oğlu müəyyən edilib. Saxlanılan şəxslər sonrakı araşdırmalar aparılması üçün Qaradağ RPİ 10-cu PB-yə təhvil vermişlər. Faktla bağlı Qaradağ RPİ-nin 10-cü PB-də araşdırma aparılır.

"Facebook"dan uzun müddət istifadə etmək paxıllıq yaradır

23 Dekabr 2016 18:22

Danimarkada maraqlı araşdırma aparılıb. Aparılan araşdırmaya görə, "facebook"dan uzun müddət istifadə etmək insanları məyus edir, qısqanclığa səbəb olur, paxıllıq yaradır. 

“Milli şura” və radikal dini qruplaşmaların yeni planları

23 Dekabr 2016 18:09

Regionda cərəyan edən poseslər, radikal dini qruplaşmaların beynəlxalq terrorizmin bir şəbəkəsinə çevrilərək müxtəlif ölkələrdə terraktlar həyata keçirməsi, həmin dövlətlərdə mövcud olan ictimai-siyasi sabitliyi pozmağa yönəlik cəhdləri Azərbaycanda daima hakimiyyət hərisliyində olan qüvvələri də hərəkətə keçirib. Bir qayda olaraq demokratik seçki, demokratik dəyərlərdən dəm vuran Azərbaycan müxalifətinin radikal qanadı artıq demokratiya məhfumunu tam unudaraq radikal metod və vasitələrlə mübarizəyə üstünlük verib. Hər halda dövləti cinayətlər, ictimai asayişi pozmaqda ittiham olunan şəxs və şəxslərin həmin radikal siyasi qüvvələr tərəfindən canfəşanlıqla müdafiə edilməsi belə deməyə əsas verir. AXCP və onun yedəyi olan “milli şura” adlanan qurumun Nardaranda dövlət çevrilişinə cəhd etmiş bir qrup radikal dindarlarla yaxından əməkdaşlıq etməsi, ictimai asayişi pozmağa cəhd göstərən həmin şəxslərin həbsinə olan etiraz, eləcə də onların həbsdən azad edilməsi tələbi deyilənləri təsdiqləyir.

"Nardaran işi"ndə vəkillərin vəsatətləri təmin olunmadı

23 Dekabr 2016 18:07

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Həbs olunan MTN-çilərin 21 milyonuna HƏBS QOYULDU

23 Dekabr 2016 18:05

Məlumat verildiyi kimi ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və sair faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işinin istintaqı davam etdirilir.

Təyyarəni qaçıranlar sığınacaq istəyirlər - YENİLƏNİB - CANLI YAYIM - VİDEO - FOTO

23 Dekabr 2016 18:00

Liviyaya məxsus sərnişin təyyarəsi iki nəfərin pilotlara  təzyiqi nəticəsində təyyarə  təcili Maltaya eniş edib. Onlar təhlükəsizlik qüvvələrini 118 nəfərlik sərnişin təyyarəsini partlatmaqla təhdid edirlər.

Fondun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlandı

23 Dekabr 2016 17:54

Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin müzakirəsinə və təsdiqinə həsr olunmuş iclası keçirilib.

Dünya liderləri prezident İlham Əliyevi təbrik ediblər

23 Dekabr 2016 17:52

Qırğız Respublikasının prezidenti Almazbek Atambayev prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Səfirin öldürülməsi Türkiyə, Rusiya və Azərbaycan ittifaqının..." - Karlovun azərbaycanlı tərcüməçisi

23 Dekabr 2016 17:35

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun sui-qəsdlə öldürülməsi onun regional liderlərlə əməkdaşlığı gücləndirmək üzrə apardığı işlərlə bağlı ola bilər. Bu barədə  açıqlamasında Ankarada Tibb Universitetinin doktorantura tələbəsi, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) tərcüməçisi Ramil Səfərov bildirib. "Sonuncu dəfə Andrey Karlovun görüşünün tərcüməsini noyabrın 23-də Türkiyə parlamentinin sədri İsmayıl Qəhrəmanın otağında etmişəm. Bu, Türkiyə-Rusiya, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə parlamentlərarası komissiyalarının, dostluq və əməkdaşlıq təşkilatlarının rəhbərlərinin görüş idi.

Avtoqəzaların sayı 9 faiz azalıb

23 Dekabr 2016 17:34

2016-ci ilin 11 ayı ərzində respublika ərazisində 1848 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 695 nəfər həlak olub, 1887 nəfər yaralanıb.

DSX-da hesabat müşavirəsi keçirilib

23 Dekabr 2016 17:30

Dövlət Sərhəd Xidmətində (DSX) 2016-cı ildə xid­məti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi ke­çiril­ib.