“Milli şura” və radikal dini qruplaşmaların yeni planları
Regionda cərəyan edən poseslər, radikal dini qruplaşmaların beynəlxalq terrorizmin bir şəbəkəsinə çevrilərək müxtəlif ölkələrdə terraktlar həyata keçirməsi, həmin dövlətlərdə mövcud olan ictimai-siyasi sabitliyi pozmağa yönəlik cəhdləri Azərbaycanda daima hakimiyyət hərisliyində olan qüvvələri də hərəkətə keçirib. Bir qayda olaraq demokratik seçki, demokratik dəyərlərdən dəm vuran Azərbaycan müxalifətinin radikal qanadı artıq demokratiya məhfumunu tam unudaraq radikal metod və vasitələrlə mübarizəyə üstünlük verib. Hər halda dövləti cinayətlər, ictimai asayişi pozmaqda ittiham olunan şəxs və şəxslərin həmin radikal siyasi qüvvələr tərəfindən canfəşanlıqla müdafiə edilməsi belə deməyə əsas verir. AXCP və onun yedəyi olan “milli şura” adlanan qurumun Nardaranda dövlət çevrilişinə cəhd etmiş bir qrup radikal dindarlarla yaxından əməkdaşlıq etməsi, ictimai asayişi pozmağa cəhd göstərən həmin şəxslərin həbsinə olan etiraz, eləcə də onların həbsdən azad edilməsi tələbi deyilənləri təsdiqləyir.
23 Dekabr 2016 18:09 SiyasətAntiAzərbaycan qüvvələrin fəallaşması nəyə hesablanıb?
Regionda cərəyan edən poseslər, radikal dini qruplaşmaların beynəlxalq terrorizmin bir şəbəkəsinə çevrilərək müxtəlif ölkələrdə terraktlar həyata keçirməsi, həmin dövlətlərdə mövcud olan ictimai-siyasi sabitliyi pozmağa yönəlik cəhdləri Azərbaycanda daima hakimiyyət hərisliyində olan qüvvələri də hərəkətə keçirib. Bir qayda olaraq demokratik seçki, demokratik dəyərlərdən dəm vuran Azərbaycan müxalifətinin radikal qanadı artıq demokratiya məhfumunu tam unudaraq radikal metod və vasitələrlə mübarizəyə üstünlük verib. Hər halda dövləti cinayətlər, ictimai asayişi pozmaqda ittiham olunan şəxs və şəxslərin həmin radikal siyasi qüvvələr tərəfindən canfəşanlıqla müdafiə edilməsi belə deməyə əsas verir. AXCP və onun yedəyi olan "milli şura" adlanan qurumun Nardaranda dövlət çevrilişinə cəhd etmiş bir qrup radikal dindarlarla yaxından əməkdaşlıq etməsi, ictimai asayişi pozmağa cəhd göstərən həmin şəxslərin həbsinə olan etiraz, eləcə də onların həbsdən azad edilməsi tələbi deyilənləri təsdiqləyir.
Hazırda müşahidə edilən situasiya ondan ibarətdir ki, yaxın regionumuz və qonşularımızda baş verən arzuedilməz situasiya müxalifətin radikal qanadını yenidən aktivləşdirib. Siyasi, sivil mübarizə yolu ilə hakimiyyətə gəlməyin mümkünsüzlüyünü dərk edən radikallar din faktorundan yararlanaraq öz istəklərinə nail olmağa çalışırlar. Təbii ki, yenə də müəyyən sifarişlər xaricdəki antiAzərbaycan dairələrdən gəlir. Daxildəki havadarları vasitəsilə fürsət düşdükcə Azərbaycanın nüfuzuna zərbə vurmağı qarşıya məqsəd qoyan xaricdəki antiAzərbaycan şəbəkə məhz buradan ötürülən əsassız məlumatlar, qərəzli informasiyalar hesabına Azərbaycanın ədliyyə, təhlükəsizlik və daxili işlər sistemləri barədə mənfi rəy formalaşdırlır, onların qəbul etdiyi bu və ya digər qərarlar mühakimə edilir, məhkəmə hakimiyyətini gözdən salmağa cəhd göstərilir. Bir sözlə Nardaran hadisələri ilə bağlı məhkəmə prosesində dünyəvi, konstitusion rejimin silahlı üsyan yolu ilə dəyişdirilməsi cəhdi üzrə faktların sübuta yetirilməsi, ölkə ictimai rəyinin baş verənlərə obyektiv reaksiyası həmin hadisələrdə maraqlı olan xarici dairələri yenidən hərəkətə keçməyə sövq etmişdir. Elə AXCP və "milli şura"nın xaricdən aldıqları sifarişə uyğun olaraq Azərbaycan ictimaiyyəti və beynəlxalq birliyə müraciəti məhz bu kampaniyanın tərkib hissəsisidir. Belə ki, "milli şura"nın həmin müraciətindən əvvəl antiAzərbaycan qüvvələrin G. Lomsadze, R. Vinsent kimi nümayəndələri fəallaşmış, silahlı üsyan cəhdinin "əsas qəhrəmanları" Tale Bağırzadə və Abbas Hüseynov isə məhkəməyə qarşı misli görülməmiş tərbiyəsizliyə yol verərək prosesi pozmağa cəhd etmişlər. Məhkəməni pozmaq məqsədilə isə əvvəlcədən xüsusi "vəkillər" komandası da seçilib.. Baş verənlər bir daha təsdiq edir ki, AXCP və "milli şura" öz hakimiyyət ambisiyalarını həyata keçirmək üçün istənilən qüvvə ilə əməkdaşlığa hazırdır. Bunu "milli şura"nın Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər məqsədilə keçirilən referendum zamanı təşkil olunan etiraz aksiyalarında da aydın gördük. Həmin aksiyaların iştirakçılarının mütləq əksəriyyətinin məhz radikal dini qruplaşmaların üzvlərinin olması, aksiyalarda dini şüarlar, təfriqəçilik yaratmağa çalışılan fikirlərin səsləndirilməsi bunun əyani sübutu idi. Əslində "milli şura"nın etiraz aksiyalarında iştirak edənlərin əksəriyyətinin radikal dindarlar olması da təsadüfi deyildi. Yəni, dindarlar "milli şura"nın aksiyalarına qatılmaqla bir növ bu qurumun Nardaran hadisələrində dövlətçilik əleyhinə çıxanlara dəstək nümayiş etdirməsinə qarşılıq, "milli şura"ya olan borcun qaytarılması idi. Hər kəsə bəllidir ki, Nardaran hadisələri vaxtı AXCP və "milli şura"nın rəhbərliyi xüsusi canfəşanlıq edir, sosial şəbəkələrdə radikal çıxışları dəstəkləyir, teokratik rejim qurulması çağırışlarının "demokratiyaya zidd olmadığı" haqda ağlasığmaz tezislər ortaya qoyurdular.
Ancaq əminliklə demək olar ki, radikal müxalifət və dini qruplaşmaların ölkədə ictimai asayişi pozmaq, Azərbaycanı İraq, Suriya, Liviya, Misirə çevrimək cəhdləri qətiyyən alınmayacaq. Çünki yaxın tariximizin təcrübəsi onu deməyə əsas verir ki, xaricdən alınmış tapşırıqlara uyğun olaraq ölkəmiz əleyhinə təşkil edilən bütün kampaniyalar iflasa məhkumdur. Digər tərəfdən müxalifətin radikal qanadını məhdud sayda insanlar dəstəklədiyi kimi, radikal dini qruplaşmaları da ölkənin sağlam dini elektoratı qəbul etmir, onların pozuculuq siyasətinə dəstək vermir.
Füzuli