“Ariyel” oğruları saxlanıb
Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən oğurluq faktının qarşısı alınıb. DİN-in Baş Mühafizə İdarəsindən verilən məlumata görə, dekabrın 22-də Lök-batan qəsəbəsində yerləşən, “Sədərək” TM-nin şirniyyat adlanan ərazisində, fziki şəxs Nizami İsmayılova məxsus mağazadan ümumi dəyəri 71 (yetmiş bir) manat məbləğində olan “Ariyel” yuyucu tozunun oğurlanmasında şübhəli bilinənlər saxlanıb. Araşdırma zamanı onların Gəncə şəhəri Qırmızıkənd qəsəbə sakini, 1968-ci il təvəllüdlü Ələsov İsmayıl Həsən oğlu və Bakı şəhəri Yasamal rayon sakini, 1980-ci il təvəllüdlü Qasımov Elçin Lətif oğlu müəyyən edilib. Saxlanılan şəxslər sonrakı araşdırmalar aparılması üçün Qaradağ RPİ 10-cu PB-yə təhvil vermişlər. Faktla bağlı Qaradağ RPİ-nin 10-cü PB-də araşdırma aparılır.
23 Dekabr 2016 18:23 KriminalQaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən oğurluq faktının qarşısı alınıb. DİN-in Baş Mühafizə İdarəsindən verilən məlumata görə, dekabrın 22-də Lök-batan qəsəbəsində yerləşən, "Sədərək" TM-nin şirniyyat adlanan ərazisində, fziki şəxs Nizami İsmayılova məxsus mağazadan ümumi dəyəri 71 (yetmiş bir) manat məbləğində olan "Ariyel" yuyucu tozunun oğurlanmasında şübhəli bilinənlər saxlanıb. Araşdırma zamanı onların Gəncə şəhəri Qırmızıkənd qəsəbə sakini, 1968-ci il təvəllüdlü Ələsov İsmayıl Həsən oğlu və Bakı şəhəri Yasamal rayon sakini, 1980-ci il təvəllüdlü Qasımov Elçin Lətif oğlu müəyyən edilib. Saxlanılan şəxslər sonrakı araşdırmalar aparılması üçün Qaradağ RPİ 10-cu PB-yə təhvil vermişlər. Faktla bağlı Qaradağ RPİ-nin 10-cü PB-də araşdırma aparılır.