Təyyarəni qaçıranlar sığınacaq istəyirlər - YENİLƏNİB - CANLI YAYIM - VİDEO - FOTO

Liviyaya məxsus sərnişin təyyarəsi iki nəfərin pilotlara  təzyiqi nəticəsində təyyarə  təcili Maltaya eniş edib. Onlar təhlükəsizlik qüvvələrini 118 nəfərlik sərnişin təyyarəsini partlatmaqla təhdid edirlər.

Təyyarəni qaçıranlar Avropa İttifaqı ölkələrindən birində onlara siyasi sığınacaq verilməsini istəyirlər.

***

Trablusa gedərkən qaçırılıb Maltada endirilən Liviya təyyarəsindən 25 sərnişin buraxılıb.

Milli.Az xəbər verir ki, təyyarədən çıxanlar televiziyaların canlı yayımı zamanı görüntülənib. Ardından 25 nəfərlik ikinci qrupun da sərbəst buraxıldığı deyilib.

"Afrikiye" hava yollarına aid Airbus A320 sərnişin təyyarəsindən ilk qrupun sərbəst buraxılması faktını Malta Baş naziri Cozef Muskat da təsdiq edib. Sərbəst buaxılanların əksəriyyəti qadın və uşaqlardır.

Hazırda təyyarədə 68 nəfərin qaldığı deyilir.

***

Liviyanın Seba şəhərindən yerli saatla 10:10 - da havaya qalxıb və  Tripoliya getməli idi. Lakin Terrorçular ekipajdan  118 nəfərlik  Airbus A320 sərnişin təyyarəsinin istiqametini dəyişməyi tələb ediblər. Təyyarə Maltaya təcili eniş edib. Təyyarənin Liviyanın daxili uçuşlarını həyata keçirən Afriqiyah hava limanına aid olduğu məlum olub.

Malta mediası təyyarəni qaçıran terrorçuların  Qəddafi tərəfdarları olduqlarını qeyd edirlər. Onlardan birində əldəqayırma üsulla hazırlanmış bomba olduğu xəbəri var. Returs informasiya agentliyi Airbus A320 təyyarəsinin mühafizəçilərinin qaçaqçılarla əlbir olduqlarını bildirirlər.

Malta prezidenti öz twitter hesabından Liviyaya məxsus sərnişin təyyarəsinin qaçırıldığını və təyyarənin Maltaya təcili eniş etdiyindən məlumat aldığını qeyd edib. Prezident təhlükəsizlik qüvvələrinin əməliyyat üçün hazır olduqlarını vurğulayıb.

***

Liviyaya məxsus sərnişin təyyarəsi iki nəfərin pilotlara  təzyiqi nəticəsində   təcili Maltaya eniş edib. Onlar təhlükəsizlik qüvvələrini 118 nəfərlik sərnişin təyyarəsini partlatmaqla təhdid edirlər.

Maltanın prezidenti Joseph Muscat təhlükəsizlik qüvvələrinin hadisəyə müdaxilə etmək üçün hava limanında hazır olduqlarını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31