Gündəm
Ancelina Coli və Bred Pitt arasında növbəti qalmaqal
Ancelina Coli və Bred Pitt arasında boşanma qalmaqalı bitmir. Aktyor Colinin uşaqlarının həyatı ilə bağlı şəxsi məlumatları açıqlamasını tənqid edib və bu informasiyaların yayılmamasının vacibliyini vurğulayıb.
Hollandiyalı alimlər dərmanların sintezi üçün süni yarpaq yaradıblar
Eyndhoven Texniki Universitetindən olan alimlər qrupu günəş enerjisi sayəsində dərmanların istehsalı üçün mini-laboratoriya rolunu oynayan süni yarpağın prototipini hazırlayıblar.
Ürək ritminin pozulmasının əsl səbəbləri...
Normada insan sakit vəziyyətdə ürək döyünməsini hiss etməməlidir. Fiziki gərginlik, stress zamanı ürək döyünməsi artır və biz bunu hiss edirik. Bu normaldır. Lakin əgər insan sakit vəziyyətdə ürəyin döyünməsini, ürəyin təkanlarını hiss edirsə, bu hər hansı pozulmanın əlaməti ola bilər. Əgər bu hal tez-tez təkrarlanırsa, mütləq həkimə müraciət etmək lazımdır. Bəzən insanlar əksinə ürək döyünməsinin zəifləməsini hiss edir. Ürək sanki "dayanır". Bu da müxtəlif pozulmaların əlaməti ola bilər. Ürək ritminin pozulması "aritmiya" adlanır. Aritmiyanın bir neçə növü var. Bəzən aritmiya özünü heç bir simptomla büruzə vermir. Lakin əksər hallarda insan ürək ritminin pozulmasını hiss edir.
Diqqət: Gec yatan uşaqlar əsəb xəstəliklərinə meyilli olurlar
Bir qrup mütəxəssis tərəfindən aparılmış yeni araşdırmalar nəticəsində məlum olub ki, gec yatan uşaqlarda əsəb xəstəliklərinin inkişaf etməsi ehtimalı yüksək olur. Healthvesti.com saytı bildirir ki, bu barədə aparıcı klinik mərkəzlərdən birinin əməkdaşları məlumat veriblər. Yeni təcrübələrin rəhbəri Birit Broyekman olub. Həkimlər bu araşdırma prosesində maraqlı bir qanunauyğunluq aşkar ediblər. Məlum olub ki, gec yatan balaca oğlanların və qızların mürəkkəb xəstəliklərə tutulması riski yüksəkdir.
Bütün infeksiyaları öldürən güclü və təbii antibiotik
Sidik yolları infeksiyasından əziyyət çəkən insanlar daimi ağrıdan şikayət edirlər. Təzyiq, sidiyə çıxan zaman ağrı, o cümlədən sidikdə qan olması iltihabın əlamətlərinin bəziləridir.
Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş atışlı təlimləri davam edir
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi Müdafiə Nazirliyinin 2016-cı il üçün döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının döyüşə hazırolma səviyyəsinin yoxlanılması davam edir.
ADU-da “Milli adət-ənənələrimizi yaşadaq” adlı təşəbbüs davam edir
Azərbaycan Dillər Universitetində (ADU) hamı tərəfindən maraqla qarşılanan “Milli adət-ənənələrimizi yaşadaq” adlı təşəbbüs davam edir. Universitetin rektoru vəzifəsini icra edən professor Əfqan Ablullayev tərəfindən irəli sürülən təşəbbüs dekabrın 23-də yenidən həyata keçirilib.
Məşhur müğənni Əkbər dinləyicilərini fərqli ifası ilə sevindirib- VİDEO
Olaylar.az xəbər verir ki, müğənni "Qule sanqam" adlı məşhur fars mahnısını ifa edib. Mahnı indiyədək Orta Asiya ölkələrində bir sıra məşhur sənətçilər tərəfindən ifa olunub. Mahnı Azərbaycanda da məşhur olsa da, Əkbər sənətçilərimiz arasında adıçəkilən mahnıya müraciət edən ilk müğənni olub.
Putin ABŞ-dan dialoq təşəbbüsü gözləyir
Rusiya prezidenti Vladimir Putin ABŞ tərəfindən dialoq gözləyir. Məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "O, konstruktiv danışıqlara hazırdır", - deyə Peskov vurğulayıb. Qafqazinfo.az
Hüquqpozma halları barədə məlumat vermək asanlaşır
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 14 oktyabr 2016-cı il tarixli Qanununa uyğun olaraq, İqtisadiyyat Nazirliyi üzrə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli struktur bölmə Daxili nəzarət şöbəsi, müvafiq vəzifəli şəxs isə Nazirliyin Aparat rəhbərinin müavini - Daxili nəzarət şöbəsinin müdiri Ayaz Əliyev müəyyən edilib.
Ermənistan torpaqları sülhlə qaytarmasa, müharibə yolu ilə azad etməyə hazırıq
“Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevordumuzun ən yeni silah sistemi və vasitələrlə təchiz edilməsinə sadiq olduğunu növbəti dəfə nümayiş etdirib. Bu gün biz torpaqlarımızı işğal altında saxlayan Ermənistandan gələn təhdidlərin qarşısının alınması iqtidarında olduğumuzu nümayiş etdiririk”.
Şair Ramaldanov: “İldırım”dan vahiməyə düşən Ermənistanın susqunluğu davam edir”
“Azərbaycan Silahlı Qüvvələrinin real döyüş atışları icra etməklə, “İldırım” zenit-raket komplekslərini nümayiş etdirməsi Ermənistanda birmənalı şəkildə şok effekti yaradıb”. Bunu açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.
Vergilər naziri Ucarda vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.
AMEA-nın 2016-ci ilədək hesabatı dinlənib
Dekabrın 23-də AMEA-nın İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirilib. İclasda bölmənin büro üzvləri, bölməyə daxil olan elmi müəssisələrdən direktor, direktor müavini, elmi katib və mühüm nəticə icraçıları iştirak ediblər.
İstehlak Mallarının Ekspertizası Mərkəzinin ixraca dair maarifləndirmə tədbirləri başa çatıb
Dekabrın 22-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən sahibkarların maarifləndirilməsi məqsədilə “Malların ixracı proseduru və aparılan mənşə ekspertizaların mahiyyəti” mövzusunda seminar keçirilib. Tədbirdə 50-dən çox sahibkarlıq subyektinin ixrac üzrə səlahiyyətli nümayəndələri iştirak edib.














