VYaponiyada Azərbaycanla bağlı tədbir

Dekabr ayının 21-22-də Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının, Yaponiyanın “Sərhədləri Ötənlər” iş adamları klubunun və HİS şirkətinin birgə təşəbbüsü və təşkilatçılığı sayəsində Yaponiyanın Hokkaydo adasının Şiretoko yarımadasının Şari şəhərinə yaponiyalı iş adamlarının səfəri baş tutub. “OLAYLAR”-ın xəbərinə görə, səfərin iştirakçısı Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyanın yaradıcısı və prezidenti Əlibəy Məmmədov bildirib ki, səfərdə əsas məqsəd 2017-ci ilin İyul ayının 1-3-də baş tutacaq Azərbaycanla bağlı möhtəşəm tədbirə hazırlıq görməkdir.

Dekabr ayının 21-22-də Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının, Yaponiyanın "Sərhədləri Ötənlər" iş adamları klubunun və HİS şirkətinin birgə təşəbbüsü və təşkilatçılığı sayəsində Yaponiyanın Hokkaydo adasının Şiretoko yarımadasının Şari şəhərinə yaponiyalı iş adamlarının səfəri baş tutub. "OLAYLAR"-ın xəbərinə görə, səfərin iştirakçısı Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyanın yaradıcısı və prezidenti Əlibəy Məmmədov bildirib ki, səfərdə əsas məqsəd 2017-ci ilin İyul ayının 1-3-də baş tutacaq Azərbaycanla bağlı möhtəşəm tədbirə hazırlıq görməkdir. Tədbir "Sərhədləri Ötənlər" iş adamları klubunun yaradılmasının 4 illiyi ilə bağlı həyata keçiriləcəkdir. Səfərdə Yaponiyanın Tokio, Fukuoka, Nagano, Nagoya, Çiba və digər şəhərlərindən olan iş adamları və siyasətçilər iştirak etmişlər. Səfərdə iştirak edən iş adamları və siyasətçilərin iştirakı ilə tədbirə hazırlıq işlərini daha da peşəkar səviyyədə həyata keçirmək üçün təşkilat komitəsi yaradılıb. Həmyerlimiz sözügedən komitəyə sədr seçilib. Ə. Məmmədov qeyd edib ki, gələn il baş tutacaq tədbirə Yaponiyadan 250 nəfər iş adamının qatılacağı gözlənilir. Üstəlik yerli ictimaiyyət nümayəndələrinin də aktiv iştirakı gözlənilir. "Sərhədləri Ötənlər" iş adamları klubunun prezidenti Kazuyasu İşidanın sözlərinə görə tədbirdə dünya səviyyəsində biznes fəaliyyəti ilə məşğul olan, eyni zamanda Yaponiya daxilində deyil də, xaricdə biznes fəaliyyəti görmək istəyən yerli iş adamlarının toplaşacağı tədbirdə əsas istiqamət Azərbaycan olacaqdır. Onun sözlərinə görə son illər Yaponiya və Azərbaycan arasında olan ticari dövriyyədə inkişaf gözə çarpır. Bu inkişafa daha da böyük təkan vermək üçün tədbirin əhəmiyyəti danılmazdır deyə K.İşida vurğulayıb. Qeyd edək ki, K. İşida özü təxminən 20 dəfə Azərbaycanda səfərdə olub. Bugünədək 400 nəfərdən çox yaponiyalı biznesmenin Azərbaycana səfərlərini təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31