Gündəm
İştirakçının anlatdıqları münsifləri HEYRƏTLƏNDİRDİ: "Ölü doğuldum" - VİDEO
Çin ordusunun türklərdən niyə qorxduğunu açıqlayan 2200 İLLİK MƏKTUB
Çin imperatoru Vu-linqin dövründə general Li-mu Hun ordusundan nümunə götürərək öz ordularında bir sıra yeniliklər etmişdi. İslahatlar Çin imperatorluğu zamanında da general Munq-ts tərəfindən davam etdirilmişdi (e.ə.247-210). Sonralar imperatorluğun vəziri Çao-Tso da imperatora öz ordularında islahatlar aparmaq üçün Hun ordusundan nümunə götürmələri barədə bir məktub yazır.
Azərbaycanda qeyri-neft sektorunun inkişafı
Dünyada baş verən qlobal iqtisadi geriləmə ölkəmizə də təsirsiz ötüşməyib. Lakin Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar sözügedən böhranın təsinirini minimuma endirə bilib. Xüsusən, qeyri-neft sektorunun inkişafı ölkə qitisadiyyatının müqavimət gücünü artırıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev deyir ki, son illərdə dünyada müxtəlif səbəblərdən iqtisadi tənəzzül meyllərinin artması, o cümlədən də 2014-cü ilin yayından etibarən birjalarda neftin qiymətinin 4 dəfəyədək aşağı düşməsi qlobal miqyasda iqtisadi gərginliyi əhəmiyyətli dərəcədə artırıb.
Özgə ənənələrini oğurlamaq erməni ənənəsinə çevrilib
Folklor mənəviyyatımızın güzgüsü, milli dəyərlərimizin və adət-ənənələrimizin göstəricisi, mədəni sərvətimizin ayrılmaz tərkib hissəsidir. Folklor, öz-özlüyündə qədim bir mədəni ənənədir.
ABŞ-ın Rusiyaya qarşı tarixi Qarabağ planı
ABŞ-ın hələ Bill Klintonun dövründə Dağlıq Qarabağ münaqişəsindən Rusiyaya qarşı şantaj kimi istifadə etmək planı var idi. Bu barədə erməni politoloq İqor Muradyan deyib. Onun sözlərinə görə, Bill Klinton administrasiyası dövründə hazırlanan bu plan, Corc Buşun zamanında da aparıldı. “2001-ci ildə Qarabağ münaqişəsindən Rusiyaya qarşı təzyiq vasitəsi kimi istifadə edilməsi proqramları var idi. ABŞ həm təzyiq, həm də NATO-nun genişlənməsi üçün Qarabağ məsələsini qaldırmağı düşünürdü. Lakin Rusiya ağıllı davrandı və tələyə düşmədi”, - deyə o bildirib. İ.Muradyan qeyd edib ki, Ki-Uest görüşündə bütün plan alt-üst oldu. Publika.az
Moskvanın üç vağzalında bomba HƏYƏCANI
Moskvanın Yaroslavl, Leninqrad və Kazan vağzallarında partlayış təhlükəsi haqqında xəbərdən sonra insanlar təxliyyə edilib. SİTA agentliyi xəbər verir ki, bu haqda paytaxtın hüquq-mühafizə orqanlarından bildirilib.
"Nümunəvi qəbiristanlıqlar yaradılacaq"
Son zamanlar qəbiristanlıqlarda oğurluq hallarına tez-tez rast gəlinir.
Səlahəddin Dəmirtaşın müavini də saxlanıldı
Türkiyənin kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) sədr müavini Aysel Tuğluksaxlanılıb. Bu gün Ankara Şəhər Prokurorluğunun Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən tutulan A.Tuğlukun Diyarbəkirə göndəriləcəyi deyilir.
İdxal-ixrac əməliyyatların manatla aparılması
İdxal-ixrac əməliyyatlarında milli valyutalardan istifadə məsələsi yenidən gündəmə gəlib. Qeyd edək ki, bir müddət öncə Türkiyə bir sıra ölkələrlə ticarət dövriyyəsini milli valyutalara keçirmək təklifini irəli sürmüşdü. Ardınca Rusiya dollardan imtina ilə bağlı təklif irəli sürdü. Lakin dövlətlər hesablaşmaların milli valyutalara keçməsinə cəhd etmədiyində səslənən təkliflər elə təklif olaraq qaldı.
Təhlükə! Misir, Liviya, Tunis və Suriya hadisələrində istifadə edilən hizbiçilər Azərbaycanda
Qardaş Türkiyədə son aylar bir-birinin ardınca yaşanan terror olayları beynəlxalq terrorizmin nə qədər amansız və qəddar olduğunu bir daha ortaya qoydu. Təkcə son bir neçə ay ərzində yüzə yaxın türk qardaşımızın terror qurbanına çevrilməsinin fonunda bunu aydın görmək mümkündür.
Vergi qanunvericliyinə dəyişikliklər əhəmiyyətlidir
Qlobal iqtisadi böhran fonunda Azərbaycan hökumətinin məcburiyyət qarşısında atdığı bəzi addımlar müəyyən mənada bəzi mal və məhsulların qiymətinə də təsirsiz ötüşmür. Xüsusilə, yeni ildən vergi sahəsində tətbiq ediləcək dəyişikliklər belə bir zərurəti meydana çıxaracaq. Məlum olduğu kimi 2017-ci il, yanvar ayının 1-dən ölkənin vergi qanunvericliyində müəyyən dəyişikliklər həyata keçiriləcək. Bəs vergi qanunvericiliyinə edilən ediləcək dəyişikliklər nəyi dəyişəcək və hansı nəticələrə səbəb olacaq?
AÇG-nin işlənməsinə dair yeni razılaşma nə vəd edir?
Ötən həftənin ən diqqət çəkən hadisələrindən biri “Azəri-Çıraq-Günəşli” yatağının 2050-ci ilədək işlənməsinə dair razılaşmanın imzalanması oldu. Məlum olduğu kimi həftə sonu SOCAR Tower-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yatağının 2050-ci ilədək gələcək işlənməsinə dair razılaşma prinsiplərinin imzalanması mərasimi keçirilib. Görüşü SOCAR-ın prezidenti Rövnəq Abdullayev açaraq, tərəfdaşları salamlamış və AÇG-nin gələcək işlənməsinə dair ABƏŞ səhmdarları ilə aparılan danışıqların müsbət nəticə verdiyini bildirib. Layihənin uğurlarında əməliyyatçı şirkət BP başda olmaqla, xarici tərəfdaşların rolunu yüksək qiymətləndirən Rövnəq Abdullayev Azərbaycan hökumətinin bu layihəyə böyük önəm verdiyini və xarici sərmayədarlarla imzalanmış sazişlərin bütün müddəalarına indiyə qədər tam əməl olunduğunu vurğulayıb.
İran ordusunun irimiqyaslı təlimləri başlayıb
İranın cənubunda “Səma müdafiəçiləri-Vilayət-2” adlı irimiqyaslı hərbi təlimlər başlayıb. Bunu ölkənin “Xatəmül-Ənbiya” Hava Hücumundan Müdafiə Qərargahının rəisi general-leytenant Fərzad İsmaili bildirib.
Prezident İlham Əliyev Dağıstan Respublikasının başçısını qəbul edib
Prezidenti İlham Əliyev dekabrın 26-da Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC
Yol polisindən Yeni il xəbərdarlığı
2017-ci ildə də təhlükəsizliyimizi təmin etmək üçün hər bir yol hərəkət iştirakçısını nizam-intizama dəvət edirik, diqqətli olsunlar, xüsusilə piyadalar onlar üçün ayrılmış ərazilərlə hərəkət etməyə üstünlük versinlər.



.jpg)










