Gündəm
Sabahın havası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi mülayim gündüz cənub küləyi ilə əvəz olunacaq.
Birinci xanım Mehriban Əliyeva xalq artisti Ağaxan Abdullayevlə vida mərasimində iştirak edib
Xalq artisti Ağaxan Abdullayevlə vida mərasimi başlayıb. Vida mərasimi Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında keçirilir. Vida mərasimində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edir.
Rusiya təyyarəsi havada partlayıb? - VİDEO
Soçi aeroportuna yaxın kameraların obyektivinə düşmüş sirli partlayışın Rusiyanın Tu-154 təyyarəsinin qəzası ilə heç bir əlaqəsi yoxdur.
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov prezident İlham Əliyevi təbrik edib.
Generaldan AÇIQLAMA: "Rusiya Azərbaycana "İsgəndər" satmayacaq"
Rusiya Azərbaycana "İsgəndər" raketləri satmayacaq. Bunu Ermənistanın tert.am portalına müsahibəsində Rusiya Dövlət Dumasının deputatı, general Viktor Vodolaski bildirib. Onun sözlərinə görə, vaxtı ilə vaxtı ilə Rusiya Dövlət Dumasının Müdafiə məsələləri üzrə komitənin sədr müavini olduğundan çox şeydən xəbərdardır. "Buna görə də, mən çox şeyi yaxşı bilirəm. Bu məsələ müdafiə, təhlükəsizliklə, Rusiyanın hərbi sənaye kompleksi ilə bağlıdır. Biz "İsgəndər" raketini yalnız bir ölkəyə satmışıq - o da Ermənistandır. "İsgəndər" başqa heç bir ölkəyə satılmayacaq", - deyə əlavə edib. Vodolaski qeyd edib ki, Rusiya Azərbaycana hücum xarakterli silahlar satmır.
ANS-in 5 əməkdaşı AzTV-də işə başlayıb - SİYAHI
Lisenziyası ləğv edilmiş ANS televiziyasının 5 aparıcısı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) işə başlayıblar. Bunlar ANS-in keçmiş aparıcıları Rəşad Abbasov, Əfsanə Mehdiyeva, Samir Cabbarov, Natavan Babayeva, Röya Bənənyarlıdır.
Ərdoğan prezident İlham Əliyevi təbrik edib
Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevi təbrik edib.
Azərbaycanlı yazıçı qalib oldu
Nüfuzlu Beynəlxalq Moskva Ədəbiyyat Mükafatının 5 nominasiya üzrə 2016-cı il laureatları elan edilib. “OLAYLAR”-ın xəbərinə görə, Moskvanın «Şaqal» klubunda keçirilən təntənəli mərasimdə laureatlara mükafatlar təqdim olunub. Sevindirici haldır ki, laureatlar arasında Azərbaycan yazıçısı Varis Yolçiyev də var.
Ən yaxşı yaradıcılıq işləri mükafatlandırılıb
Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, müsabiqədə 30 nominasiya üzrə 81 məktəbdənkənar təhsil müəssisəsi, ümumtəhsil və internat məktəbi iştirak edib. Ümumilikdə müsabiqədə 455 iş sərgilənib. Münsiflər heyətinin qərarı ilə 22 nəfər I yerə, 17 nəfər II yerə, 11 nəfər isə III yerə layiq görülüb. Müsabiqənin keçirilməsində məqsəd istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə uşaq və gənclərin yaradıcılıq mərkəzlərinə cəlb olunmasıdır.
Metro stansiyalarına bayram yolkaları quraşdırılıb
Bakı Metropoliteninin 5 stansiyasında - Elmlər Akademiyası, Memar Əcəmi, Koroğlu, İçərişəhər və 28 may stansiyalarında böyük yolkalar quraşdırılıb. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev verib. Bildirib ki, sərnişinlər metronun 28 may stansiyasında Şaxta baba və qar qızla da rastlaşa biləcəklər. Belə ki, dekabrın 28-i, səhər saat 10-da Şaxta baba və qar qız metronun 28 may stansiyasında olacaq. Bayram tədbiri dekabrın 29-da davam edəcək.
Fondun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına və qarşıdakı əlamətdar bayramlara həsr olunmuş tədbir keçirilib.
İŞİD-in 2 min silahlısı PKK sıralarına qatıldı
Terrorçu İŞİD qruplaşmasının 2 min silahlısı "PYD" və "YPG" nin (terrorçu PKK-nın Suriyadakı qolları) sıralarına qatılıb. Bunu yerli mənbələr bildiriblər.
Prokuror Taleh Bağırova ömürlük, Fuad Qəhrəmanlıya 11 illik həbs cəzası istəyib - YENİLƏNİB
Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Məlumata görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror məhkəmədən Taleh Bağırovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
Polis əməliyyat keçirdi: Heroin və tiryək müsadirə olundu
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) və Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Cəlilabad rayonu ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Almas Almasov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, saxlanılan şəxsin əlindəki çantadan 3 kiloqram 490 qram çəkidə heroin və 8 kiloqram 10 qram tiryək aşkar olunaraq götürülüb.A.Almasov ilkin dindirmə zamanı ölkəmizə qanunsuz olaraq qaçaqmal yolu ilə keçirilən həmin narkotik vasitələri qabaqcadan cinayət əlaqəsinə girdiyi tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirib. Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayətin digər iştirakçılarının da müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İlham Şaban: "Ermənistan rəhbərliyinin "tranzit diplomatiya" siyasəti ciddi qarşılanmır"
“Ermənistan uzun illərdir özünün tranzit enerji ölkəsinə çevrilməsi yönündə müxtəlif bəyanatlar verir, kiçik formatlı konfranslarda bunu gündəmə gətirir. Məqsəd isə Azərbaycanın hər gün böyüyən və əhəmiyyətini artıran regional enerji və tranzit layihələri içərisində Ermənistanın işğalçılıq siyasəti ucbatından təcrid olunduğunu dünya ictimaiyyətinin gözündən yayındırmaq üçün hansısa bir şəkildə lokal layihələrin iştirakçısına çevrilməkdir”. Bunu açıqlamasında “Caspian Barrel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.










.jpg)



