Ən yaxşı yaradıcılıq işləri mükafatlandırılıb
Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, müsabiqədə 30 nominasiya üzrə 81 məktəbdənkənar təhsil müəssisəsi, ümumtəhsil və internat məktəbi iştirak edib. Ümumilikdə müsabiqədə 455 iş sərgilənib. Münsiflər heyətinin qərarı ilə 22 nəfər I yerə, 17 nəfər II yerə, 11 nəfər isə III yerə layiq görülüb. Müsabiqənin keçirilməsində məqsəd istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə uşaq və gənclərin yaradıcılıq mərkəzlərinə cəlb olunmasıdır.
26 Dekabr 2016 13:47 SosialEstetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında "Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri" respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, müsabiqədə 30 nominasiya üzrə 81 məktəbdənkənar təhsil müəssisəsi, ümumtəhsil və internat məktəbi iştirak edib. Ümumilikdə müsabiqədə 455 iş sərgilənib. Münsiflər heyətinin qərarı ilə 22 nəfər I yerə, 17 nəfər II yerə, 11 nəfər isə III yerə layiq görülüb. Müsabiqənin keçirilməsində məqsəd istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə uşaq və gənclərin yaradıcılıq mərkəzlərinə cəlb olunmasıdır.