Azərbaycanlı yazıçı qalib oldu

Nüfuzlu Beynəlxalq Moskva Ədəbiyyat Mükafatının 5 nominasiya üzrə 2016-cı il laureatları elan edilib. “OLAYLAR”-ın xəbərinə görə, Moskvanın «Şaqal» klubunda keçirilən təntənəli mərasimdə laureatlara mükafatlar təqdim olunub. Sevindirici haldır ki, laureatlar arasında Azərbaycan yazıçısı Varis Yolçiyev də var.

Nüfuzlu Beynəlxalq Moskva Ədəbiyyat Mükafatının 5 nominasiya üzrə 2016-cı il laureatları elan edilib. "OLAYLAR"-ın xəbərinə görə, Moskvanın "Şaqal" klubunda keçirilən təntənəli mərasimdə laureatlara mükafatlar təqdim olunub. Sevindirici haldır ki, laureatlar arasında Azərbaycan yazıçısı Varis Yolçiyev də var. Moskva Ədəbiyyat Mükafatı 2015-ci ildə Rusiya Prezidenti Vladimir Putinin həmin ili "Ədəbiyyat ili" elan etməsi şərəfinə, Moskva şəhər rəhbərliyinin təşəbbüsüylə Rusiya Yazıçılar Birliyi, "Rossiyskiy kolokol" ədəbiyyat jurnalı və İnternational Writers Union (İWU) təsisatı tərəfindən təsis edilib. Mükafat komissiyasının yaydığı rəsmi məlumata görə, bu il komissiyaya 5000-dən yuxarı əsər təqdim olunub ki, onlardan da ən yaxşıları "Fantastika", "Fəlsəfi ədəbiyyat", "Ruhani ədəbiyyat", "Vətənpərvərlik ədəbiyyatı" və "Uşaq ədəbiyyatı" kimi 5 nominasiyada öncə long (uzun), sonra şort (qısa) siyahılara düşüb, final mərhələsinə vəsiqə qazanıblar. Varis Yolçuyev "Yanvarın 13 günü" romanı ilə "Fəlsəfi ədəbiyyat" nominasiyasında "müasir yazar" dərəcəsi ilə qalib olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31